Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-580/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-850/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 4000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclulara tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəfindən təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Bugünkü tarixdə Şəxs yenidən İdarəyə dəvət edilmiş, qalıq borcunu tam şəkildə ödəməsi tələb edilmiş, lakin o, izahatında borcunu tam şəkildə ödəyə bilməyəciyini və ayda 50 manat məlbəğində pul ödəyəcəyini bildirmişdir. İcra sənədi üzrə borcundan 1474 manat məbləğində pul ödəniş etmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir.İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Halhazırda heç bir yerdə işləmir. Əgər iş taparsa borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs bildirdi ki, Şəxs ona ev satmaq adı ilə aldadıb 4000 ABŞ dolları pulunu almış, sonradan isə evi ona verməmişdir. Bundan sonra məhkəməyə müraciət edib pulunu tələb etmişdir. Məhkəmə onun iddiasını təmin etmişdir. Borclu 9 ildir ki, qətnaməni müxtəlif bəhanələrlə icra etmir. Bir müddət borclu icra məmurunun vasitəsi ilə alüminium zavodunda işləmiş, onun borcunun bir hissəsi əməkhaqqından tutulmuşdur. Sonradan isə oradan da işdən çıxmışdır ki, ona olan borcunu ödəməsin. Borclunun onun pulunu alıb satmaqdan imtina etdiyi evi də vardır. Borclu əgər borcunu ödəmək istəsə həmin evi satıb borcu ödəyə bilər. Ona hər dəfə möhlət vermiş, borcunu ödəməsi üçün şərait yaratmışdır. Əgər borclu səmimi şəkildə pulunu qaytarmaq istəsə idi, keçən 9 il ərzində borcunu çoxdan ödəyib qurtarardı. Bundan əlavə icra məmuru tərəfindən aparılmış icra tədbirləri nəticəsində onun barəsində inzibati protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmiş və məhkəmənin qərarına əsasən onun barəsində 15 gün müddətinə inzibati tənbeh tətbiq edilmişdir. Lakin buna baxmayaraq borclu qərəzli olaraq onun pulunu qaytarmaq istəmir. Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-850/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 4000 ABŞ dolları pulun ödəniş günü üçün Azərbaycan Respublikasının Milli Bankının məzənnəsi ilə manatla alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-850/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavab görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatların surətindən məlum olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirləri və Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar olunduğunu göstərmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-850/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş pul məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Şəxs borcu bir dəfəyə ödəməyə maddi imkanının olmamasını, borcu hissə-hissə ödəyə biləcəyi ilə bağlı gətirdiyi dəlilləri məhkəmə əsassız hesab edir və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, icra sənədinin verildiyi vaxtdan keçən 9 il müddət ərzində borclu hər ay cəmi 41 ABŞ dolları ekvivalentində pul ödəməklə icra sənədini icra edə biləcəyi halda icra sənədinin icrası ilə bağlı cəmi bir neçə ay işləmiş və ümumilikdə 1474 manat məbləğində pul ödəmişdir. Qeyd olunanlar barəsində icraat aparılan şəxsin icra sənədinin icrasından qəsdən yayındığını tam təsdiq edir. Şəxs hərəkəti Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizi edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, inzibati xətanın pul öhdəliyinin icra edilməməsindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 15:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-580/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-580/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver