Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-581/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün X8 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2040/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay 160 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra sənədini icra etməmiş, nəticədə 4080 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə göstərilən məbləği ödəyə bilməmişdir. Hal-hazırda daimi işi və stabil gəliri olmadığı üçün aliment borcunu pulu olduqca ödəyir. Borcunu ödəməkdən boyun qaçırmır və qısa müddət ərzidə az -az ödəmək niyyətindədir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs icra sənədini keçən müddət ərzində qərəzli olaraq icra etməmişdir. Aliment borcunu ödəmədiyi üçün ondan şikayətçidir. İnzibati materiala əlavə edilmiş X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2040/2019 nömrəli icra vərəqəsindən görünür ki, 31 mart2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi borcludan hər ay 160 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 4080 manat aliment borcu yaranmışdır. İnzibati materiala əlavə edilmiş X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-271/2019 nömrəli qərarından görünür ki, Şəxs X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2040/2019 nömrəli icra vərəqəsi üzrə borcunu ödəmədiyi üçün 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsi ilə, habelə toplanmış sübutlarlaŞəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-581/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-581/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver