Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-583/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.2000-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə, saat 16:44 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində dostuna məxsus “Vaz 21124” markalı **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmiş və yolun sağ tərəf kənarında dayanmış “Vaz 21011” markalı **-BG-*** nömrəli avtomobilə dəyərək toqquşmuşdur. Hadisə baş verən zaman o içkili olmamışdır. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Daha sonradan avtomobilin sahibi ilə aralarında razılıq əldə etmələri üçün avtomobilləri hadisə yerindən aparmışlar. Lakin, aralarında razılıq əldə edə bilmədikləri üçün avtomobilləri olduğu kimi yerində qaytarmış və polisə müraciət etmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X3 bildirdi ki, “Vaz 21011” markalı **-BG-*** qeydiyyat nömrəli avtomobil ona məxsusdur. xx.xx.2020-ci il tarixdə, saat 16:44 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində maşınını yolun kənarında saxlayaraq getmişdir. Daha sonra ona bildirmişlər ki, onun maşını vurulmuşdur. Hadisə yerinə gəldikdən sonra avtomobilinin vurulduğunu və avtomobilini vuran şəxsin də hadisə yerində olduğunu görmüşdür. Sonradan məlum olmuşdur ki, onun maşınını vuran avtomobili idarə edən şəxs avtomobilin sahibi deyildir. Bir qədər sonra avtomobilin həqiqi sahibi də gəlmişdir. Daha sonradan avtomobili vuran şəxs ilə aralarında razılıq əldə etmələri üçün avtomobilləri hadisə yerindən aparmışlar. Lakin, aralarında razılıq əldə edə bilmədikləri üçün avtomobilləri olduğu kimi yerində qaytarmış və polisə müraciət etmişlər. Onun avtomobilinə dəymiş ziyanın həcmi 433 manatdır. İnzibati materiala əlavə olunmuş Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” istehsalat birliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” Gəncə Müəssisəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli qüsur aktından görünür ki, X2 məxsus “Vaz 21011” markalı **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 433 (dörd yüz otuz üç) manat təşkil edir; xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sürücülük hüququ olmadan törətmiş olduğu yol nəqliyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin avtomobilinə zərər vuraraq İXM-in 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibti xətanı törətmişdir; Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol rolis şöbəsinin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Məlumat Bazasında xx.xx.2000-ci ildə Tovuz rayonunda anadan olmuş Şəxs adına sürücülük vəsiqəsi müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibatixəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını araşdırıb, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs İXM-in 327.1 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün etirafı ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, əməlindən səmimi peşiman olmasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərlə bağlı mübahisə olduğundan hazırki zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərər çəkmiş şəxsə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 332.4-cü maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-583/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-583/2020
16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver