Məhkəmə qərarları › İş №3(043)-584/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-584/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-584/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, icra işi üzrə tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə Gəncə şəhərində doğulmuş, subay, ali təhsilli, işləməyən, ünvan 1 mənzil 55 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-341/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 60000 (altmış min) manat borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Bundan sonra borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunu ödəməsi tələb olunmuşdur. Lakin icraat dövründə borclu 60000 (altmış min) ABŞ dolları borcundan heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, zərərçəkmiş şəxs X1 məhkəmədə ona qarşı qaldırdığı mülki iddiadan məlumatı olmuşdur. Lakin məhkəmənin vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Buna baxmayaraq iş üzrə qətnamə çıxarılmış və icraya yönəldilmişdir. Yalnız icra məmuru tərəfindən ona icra sənədini icra etməsi üçün inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Hesab edir ki, hazırki vəziyyətdə onun əməlində inzibati xəta tərkibi yaranmamışdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs Bakı şəhərində yaşasa da, şifahi qaydada mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı barədə məlumatlı olmuşdur. Hazırda mövcud olan borcun ödənilməsini tələb edir. Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 60 000 (altmış min) ABŞ dolları pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə alınaraq iddiaçı X2 ödənil qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surəti Şəxs qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin məhkəməyə daxil olmuş poçt sənədində Şəxs həmin ünvanda yaşamadığı qeyd olunmşdur. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətini xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən, Şəxs 60 000 (altmış min) ABŞ dolları pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi verilərək icraya yönəldilmişdir. Şəxs 60 000 (altmış min) ABŞ dolları borcunun olmasına əsaslanaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırılması faktı aşkar edilməmişdir. Belə ki, məhkəmə qətnaməsi Şəxs qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin məhkəməyə daxil olmuş poçt sənədində onun həmin ünvanda yaşamadığı qeyd olunmşdur. Eyni zamanda iş materiallarında olan məhkəmə qəbzindən də məlum olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətini xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırılması faktı aşkar edilməmişdir. Belə ki, Şəxs məhkəmə qətnaməsini rəsmi qaydada almamış, buna görə də qətnamənin məzmunundan xəbərsiz olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən əsaslarla Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar