Məhkəmə qərarları › İş №3(043)-584/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-584/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-584/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 29.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixə keçən gecə saat 01 radələrində Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfərləri X3 və Vəkilov Akif Aydın oğlu ilə münaqişə edib ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 29.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixə keçən gecə saat 01 radələrində Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfərləri X3 və Vəkilov Akif Aydın oğlu ilə münaqişə edib ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək, izahatında bildirdi ki, 29.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadığı evin həyətində olan zaman polis əməkdaşları ilə onun arasında münaqişə yaranmış, əsəbləşərək sonunculara qarşı nalayiq ifadələr işlətmişdir. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, həmin vaxt əsəbi olduğu üçün özünü cilovlaya bilmədiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri Vəkilov Akif Aydın oğlu ilə birlikdə 29.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixə keçən gecə saat 01 radələrində xidmətdə olarkən adı sonradan məlum olan Şəxs münaqişə yaradaraq ictimai qaydanı kobud surətdə pozmuşdur. 29.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixə keçən gecə saat 01 radələrində ekipaj yoldaşı Vəkilov Akif Aydın oğlu ilə birlikdə 4695 saylı patrul avtomobili ilə Gəncə şəhəri Həmid Araslı küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin gecə vaxtı qaranlıq küçədə görüb, onlara yaxınlaşmış, özünü təqdim edərək, harada yaşadıqlarını soruşmuş, sonra həmin şəxslərin portal vasitəsi ilə şəxsiyyətini müəyyən edən zaman əvvəlcədən tanıdığı Şəxs VAZ 2107 markalı ** BF *** dövlət nömrə nişanlı avtomobil ilə onlara yaxınlaşmış, “Siz kimsiz bizim küçədə adam saxlayırsınız” sözlərini deyərək nalayiq sözlərlə onu və Akif Vəkilovu təhqir etmişdir. Sonra onlara gələcəyini deyərək təxminən 30 metr kənarda yaşadığı evin qarşısında idarə etdiyi avtomobili saxlamış, avtomobildən düşərək uca səslə qışqıraraq nalayiq ifadələr işlədərək onlara yaxınlaşmışdır. O, Şəxs nizam-intizama dəvət etmiş, lakin Şəxs öz əməllərini davam etdirməyə başlayaraq nalayiq ifadələr işlətmiş, səs-küy salmışdır. Şahin onu və Akifi həmin ərazidə xidmət aparmağa qoymayacağı ilə sözlə hədələmişdir. Bundan sonra Şəxs nalayiq ifadələr işlədərək oradan uzaqlaşaraq yaşadığı evə qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vəkilov Akif Aydın oğlu ifadəsində bildirdi ki, X3 ilə birlikdə 29.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixə keçən gecə saat 01 radələrində xidmətdə olarkən adı sonradan məlum olan Şəxs münaqişə yaradaraq ictimai qaydanı kobud surətdə pozmuşdur. Onlar Şəxs nizam-intizama dəvət etmiş, lakin Şəxs öz əməllərini davam etdirməyə başlayaraq nalayiq ifadələr işlətmiş, səs-küy salmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol, şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salaraq və söyüşlər söyərək X3 və Vəkilov Akif Aydın oğlu ilə mübahisə etmiş, bununla İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar