Məhkəmə qərarları › İş №3(043)-587/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-587/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-587/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, M.Hacıyev küçəsi 320, ev 9, mənzil 3-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində X2 ilə münaqişə edərək, ictimai qaydanı pozmuşdur və xx.xx.2020-ci il tarixdə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində o, Elfaq və Tariel Gəncə şəhəri, Nizami prospektində yerləşən "Zabitlər Evi" nin yaxınlığında olarkən qardaşı Elfaq dərman almaq üçün orada olan "Dokta" aptekə getmişdir. Onun özü və Tariel isə bir qədər kənarda dayanıb Elfaqı gözləyirmiş. Bir qədər sonra Elfaq aptekdən çıxmışdır. Həmin vaxt Elfaqla birlikdə aptekdən Nural adlı tanıdığı şəxs də çıxmışdır. Belə ki, Nural ilə atası Xanlar arasında avqust ayının 6-da insident yarandığı üçün onun özünün və qardaşı Rüfətin, Nural adlı şəxslə aralarında ədavətləri var. Hadisə vaxtı o, kənardan qardaşı Elfaqın aptekdən çıxaraq Nural ilə mübahisə etməsini görüb Tariel ilə birlikdə qardaşı Elfaqın yanına getmişlər. Həmin vaxt onlar Nuralı mühasirəyə almış, Nural da onların arasından çıxıb qaçmaq istədikdə ayağı yerdə olan səki daşına ilişib üzü üstə yerə yıxılmışdır. Həmin vaxt Nuralın sifət nahiyəsi və bədəninin müəyyən bir hissəsi səki daşına möhkəm dəymiş və dişi sınmışdır. Onlar Nuralın yıxılıb xəsarət almasını gördükdə qorxmuş və oradan uzaqlaşmışlar. Daha sonra polis əməkdaşları onu polis idarəsinə ifadə vermək üçün dəvət etdikdə əsəbi olduqları üçün polis əməkdaşları ilə aralarında anlaşılmamazlıq olmuşdur. xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki Şəxs xx.xx.2020-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində X2 ilə münaqisə yaradaraq, ictimai qaydanı pozmuşdur, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan X5 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar