Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-592/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 12 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar prosessual qaydada baxaraq, müəyyən etdim: «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 510-cu maddəsi ilə inzibati inzibati xəta törətməsi barədə inzibati material baxılması üçün 12 saylı Ərazi Vergilər Baş X1 Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsi Naftalan şəhərində törədildiyi halda inzibati material Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin səlahiyyətinə aid deyildirsə, materialların aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in barəsində İXM-in 211.2-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Naftalaq Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in İXM-in 211.2-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilsin. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-592/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-592/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver