Məhkəmə qərarları › İş №3(043)-592/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-592/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-592/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 5-ci döngə, ev 7-də qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 08 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 07.09.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində ucadan nalayiq söyüşlər söyən zaman onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 07.09.2021-ci il tarixdə Kəpəz RPi-nin CAŞ-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Orxan Heydərov və polis mayoru X9 şəhəri, Məhsəti qəsəbəsində xidmətdə olarkən adı sonradan onlara məlum olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs Bahaaddin oğlunun səsküy salaraq uca səslə nalayiq ifadələr işlədiyini görmüş və onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq Şəxs polislərin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs polis əməkdaşları tərəfindən Kəpəz RPİnin Növbətçi hissəsinə təhvil verilmiş, barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, o, Məhsəti qəsəbəsində yaşayır, rəsmi nikahı olmasa da ailəlidir. Həmin vaxt evdə bərk əsəbləşdiyindən evdən çıxıb “Gədəbəy” kafesinə doğru gedərkən əsəbi halda nalayiq söyüşlər söymüş, orda polis əməkdaşları yaxınlaşaraq onu nizamintizama dəvət etmiş, o əsəbi və sərxoş olduğu üçün polis əməkdaşlarına əhəmiyyət verməyərək yenidən nalayiq sözlər işlətmişdir. Polis əməkdaşları ona polis idarəsinə getməli olduğunu bildirmiş, o isə nəyə görə getməli olduğunu deyərək etiraz etmişdir. Bundan sonra polis əməkdaşları onun qolundan tutub polis avtomobilinə mindirib polis idarəsinə gətirmişlər. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-in Kəpəz CAŞ-nın əməliyyat müvəkkili, polis baş mayoru X2 ifadə verərək bildirdi ki, əməliyyat müvəkkili, polis baş leytenantı Orxan Heydərov ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində xidmətdə olarkən adı sonradan ona məlum olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsi “Gədəbəy” kafesinin qarşısında küçədə səs-küy salaraq uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər və onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlarda məcbur olub Şəxs qolundan tutaraq patrul avtomobilinə mindirib polis idarəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-in Kəpəz CAŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı X6 ifadə verərək bildirdi ki, əməliyyat müvəkkili, polis baş mayoru Zahid Məmmədov ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində xidmətdə olarkən adı sonradan ona məlum olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs Bahaaddin oğlunun Gəncə şəhəri, Məhsəti qəsəbəsi “Gədəbəy” kafesinin qarşısında küçədə səs-küy salaraq uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər və onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlarda məcbur olub Şəxs qolundan tutaraq patrul avtomobilinə mindirib polis idarəsinə gətirmişlər. İş materiallarına əlavə edilmiş Kəpəz RPi-nin CAŞ-nin əməliyyat müvəkkiləri polis baş leytenantı Orxan Heydərov və polis mayoru Zahid Məmmədov tərəfindən tərtib edilmiş 07.09.2021-ci il tarixli raportdan görünür ki, adları onlara sonradan məlum olan Şəxs, sərxoş halda ucadan səslə nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət etsələr də o, heç birinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq edərək ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahid ifadəsi, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi “Gədəbəy” kafesinin qarşısı küçə ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan portaldan çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-889/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qərarları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi (İXM 32.1.1), inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.2) nəzərə alır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаqüçün оnun şəxsiyyətini, ağırlaşdırıcı və yüngülləşdirici halın olmasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07.09.2021-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 07 sentyabr 2021-ci il tаrixdən, saat 19:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X5 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar