Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-596/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün X4 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs barəsində olan X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1327/2019 nömrəli icra vərəqəsinə əsasən 2500 manat pulu Zərərçəkmiş şəxs ödəmədiyi üçün icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, borclu Şəxs barəsində olan X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1327/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2500 manat pul 17 ay müddətində hər ay 150 manat vermək şərti ilə alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 gün müddətində vaxt verilmişdir. Lakin borclu bugünkü tarixədək borcunu ödəməmiş və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu keçən müddət ərzində borcundan heç bir ödəniş etmir. Tələbkar isə borcun ödənilməsini tələb edir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, keçən müddət ərzində icra sənədi üzrə borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Ölkədə olan pandemiya ilə bağlı olaraq iş tapmaqda çətinlik çəkir. Borcunu ödəməyə etiraz etmir. Hazırda tələbkara 400 manat pul təklif edir, lakin tələbkar 400 manat pulu qəbul etməkdən imtina edir. Bundan başqa atasına məxsus olan NİVA markalı avtomobili təklif etmiş, tələbkar bundan da yayınmışdır. İcra sənədi üzrə borcunu ödəməmsi maddi imkanının olmaması ilə bağlı olmuşdur. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs bu günədək borcundan ödəniş etməmişdir. O, borcludan borcunun geri qaytarmasını, əks təqdirdə onun barəsində həbs seçilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum olmuşdur ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. Göründüyü kimi qanunvericilikdə yalnız icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməmsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət yaranır. Lakin təqdim olunmuş inzibati material üzrə və işdə iştirak edən şəxslərin ifadələri ilə borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinin nədə ifadə olunması öz təsdiqini tapmamışdır. Belə ki, inzibati materiala əlavə olunmuş sorğulardan görünür ki, icra sənədi üzrə tutmanın yönəldilməsi üçün borclunun hər hansı bir əmlakı və ya pul vəsaiti olması aşkar olunmamışdır. Halbuki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun ifadələrin və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X4 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cavid Tağıyev.
Məhkəmə qərarları › İş №3(043)-596/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-596/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver