Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-598/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 37 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, M.Hüseynzadə küçəsində uca səslə söyüş söymüş, ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə o, Gəncə şəhəri M.Hüseynzadə küçəsində polis əməkdaşlarının onun tanışını tutduqlarını görmüşdür. Bu zaman orada olan polis əməkdaşlarına yaxınlaşıb onun yaxşı adam olduğunu demişdir. Həmin vaxt polis əməkdaşları ilə mübahisə yaratmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili X3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan X11 rayonu Mehdi Hüseynzadə küçəsi 54 nömrəli ünvanda yaşayan X2 yaşadığı fərdi yaşayış evinin giriş darvazasının qarşısında videoçəkiliş altında baxış və götürmə hərəkətinə başlamazdan əvvəl, adı soyadı, atasının adı sonradan məlum olan, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ev 19B-də yaşayan, Şəxs onlara yaxınlaşaraq, heç bir əsaslı səbəb olmadan əməliyyatın keçirilməsinə mane olmuş və polislər ona xəbərdarlıq etmələrinə baxmayaraq uca səslə söyüş söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin QBRŞ-in əməliyyat müvəkkili X8 və BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili X6 şahid X1 ifadəsinə oxşar ifadə verdilər. xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, M.Hüseynzadə küçəsində uca səslə söyüş söymüş, ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş-xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xətanın qarşısının alınması məqsədi ilə Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Hərəkətlərində əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 23:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan X11 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-598/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-598/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver