Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-6/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 14.12.2021-ci il tarixli 11000-1590/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında 14.12.2020-ci il tarixli 11000-1590/21 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31RZ077/31RP744 nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Elektroliz qurğuları üçün elktrodlar və anod blokları” yükü **********6188 saylı 31.10.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Şəxs MMC-nin ünvanına 31RZ077/31RP744 nömrə nişanlı yük nəqliyyat vasitəsilə gələn yük “Qırmızı Körpü” gömrük postundan keçərkən keçərkən malmüşaiyət sənədlərində yükün göstərilən çəkidən 810 kq artıq olduğu postda tərəzidə qeyd olunmuşdur. Belə ki, yaşıl dəhliz istifadəçisi olduğu üçün Şəxs MMC qeyd edilən yükü birbaşa öz ünvanına aparır. Bu zaman Qərb Ərazi Baş Gömrük İdarəsi əməkdaşları qeyd olunan yükə baxış keçirmək üçün **********6188 saylı 31.10.2021-ci il tarixli gömrük bəyannaməsinin buraxılışına sistem üzərindən icazə verməmiş və yükə baxış keçirilməsi üçün Şəxs MMC-nin ünvanına getmişdir. Həmin zaman müəyyən edilmişdir ki, MMC invoice dəyəri 32549,14 (otuz iki min beş yüz qırx doqquz, on dörd) ABŞ dolları və yaxud 55333,538 (əlli beş min üç yüz otuz üç, beş yüz otuz səkkiz) AZN dəyərində olan qeyd olunan yükü nəqliyyat vasitəsindən boşaltmış və artıq istehsalat sexində istifadə etmişdir. Bununla da MMC tərəfindən gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 06.11.2021 -ci il tarixdə, 11000-1590/21 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Şəxs MMC-nin hüquqşünası X4 öz izahatında, MMC tərəfindən idxal olunan “Elektroliz qurğuları üçün elktrodlar və anod blokları” yükünün boşaldılaraq istehsalat sexində istifadəyə verilməməsi təqdirində istehsalatın dayanmasına, elektroliz vannaların sıradan çıxaraq ciddi itkilərə səbəb olacağı riski altında məcburiyyət qarşısında qalıb gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin buraxılışına sistem üzərindən icazə verilməmiş yükü birbaşa anbarlarında boşaldaraq istifadə etdiklərini bildirmişdir. Beləliklə, Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq gömrük orqanı tərəfindən buraxılışına icazə verilməmiş yükü özbaşına boşaldaraq istifadə etmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, MMC tərəfindən onun barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında protokolda qeyd edilən inzibati xəta törədilmişdir. İnzibati xətanı törətdiklərini etiraf edirlər. Odur ki, hüquqi şəxsin barəsində aşağı həddə cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi haqqında protokoldan görünür ki, **********6188 sorğu nömrəli GBdə bəyan edilən elektroliz qurğuları üçün elektrodlar, anod blokları eni 660mm-hündürlüyü 610 mm-uzunluğu 1550 mm cəmi 24 ədəd anod bloku yükü 31RZ077/31RP744 xarici qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olmadığı aşkar edilmiş, **********6188 sorğu nömrəli GB-də bəyan edilən elektroliz qurğuları üçün elektrodlar, anod blokları eni 660 mm-hündürlüyü 610 mm -uzunluğu 1550 mm cəmi 24 ədəd anod yükü ərazidə yerləşən Şəxs MMC-nin anbarında olmadığı və istehsalat üçün elektroliz sexində istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək; dövlətin xeyrinə imtina olunanadək; malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hüquqi şəxsin nümayəndəsinin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasının aşağı həddində cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan 55333,538 manat dəyərində malların dəyərinin 30 % (otuz faizi), yəni 16600,06 manat (on altı min altı yüz manat altı qəpik) məbləğində cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-6/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-6/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver