Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-601/2020 30.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayət verən şəxs X4 və Gəncə şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin baş inspektoru X1 iştirakı ilə, X4 Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı tərəfindən qəbul olunmuş 26 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat inzibati qaydada cərimə edilmişdir. İnzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqında ptotokoldan onun məlumatı olmamışdır. Əgər protokol tərtib edilmişdirsə, sonradan polis nəfərlərinin iştirakı ilə iş otağında tərtib edilmişdir və ona göndərilməmişdir. Bununla da İXM-nin 100-cü maddənin tələbləri kobud şəkildə pozmuşdur. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərarda xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməmişdir. Qərarda "Al dönər" kafesinin saat 22:00 dan sonra fəaliyyət göstərərək karantin qaydalarını pozması qeyd edilsə də, o, açıq hava sahəsində yerində xidmət üçün yox, onlayn şəkildə xidmət göstərmiş bununla da Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarından sonra onlayn satışına heç bir məhdudiyyət qoyulmamışdır. "Al Dönər" kafesi xx xxxx 2020-ci il tarixdən Nazirlər Kabinetinin qərarı əsasında onlayn satışını həyata keçirmiş, həmin tarixdən də bu günədək onlayn satışını davam etdirir. Ümumiyyətlə kafedə açıq hava sahəsində xidmət üçün yeri olmamış nədə ki kafenin daxilində yerində xidmət göstərməmişdir. Kafe xx.xx.2020-ci il tarixdə saat 22:00-dan sonra onlayn fəaliyyətini davam etdirdiyi üçün onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı tərəfindən onun barəsində qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın heç bir hüquqi əsası olmadığı üçün ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin baş inspektoru X3 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə keçirilən reyd zamanı ünvan 1 ünvanda yerləşən “Al Dönər” kafesinin karantin rejimi qaydalarını pozaraq gecə saat 23 radələrində fəaliyyət göstərməsi aşkar olunmuş və X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar əsaslı və qanuni olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan:- xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, protokolda ünvan 1 ünvanda yerləşən «Aldönər»in saat 23 radələrində fəaliyyət göstərərək karantin qaydalarının tələblərinin pozulduğu qeyd olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı tərəfindən qəbul olunmuş, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X5 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati qaydada cərimə olunmuşdur. Protokol tərtib etmiş şəxs X3 tərəfindən təqdim olunmuş mobil telefon vasitəsi ilə qeydə alınan video görüntüdən müəyyən olunmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə keçirilən reyd zamanı ünvan 1 ünvanda yerləşən “Al Dönər” kafesində yerində xidmət göstərilməsi və ümümiyyətlə kafenin daxilində müştərilərin olması müəyyən olunmamışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Clilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xamaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər barədə» 2020-ci il il 19 iyun tarixli, 208 nömrəli və «Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə» 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarında dəyişiklik edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli 294 nömrəli qərarının 3.1-ci bəndində göstərilmişdir ki, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Clilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xamaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, say evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilməsinə icazə verilmişdir. Göründüyü kimi qeyd olunan qərarda ictimai iaşə obyektlərində xidmələrin yerində göstərilməsi yalnız açıq hava sahəsində həyata keçirilməsi ilə şərtləndirilərək saat 22:00dan sonrakı vaxt üçün məhdudlaşdırılmışdır. Həmin vaxtdan sonrakı vaxtlarda onlayn satışına qadağa qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə oln halda məhkəmə hesab edir ki, şikayətçi X4 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində X9 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-601/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-601/2020
30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver