Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-603/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi VMİE-nin polis kapitanı X2 iştirakları ilə xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 14 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi VMİE-nin polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Kəpəz RPİ-nin yerləşdiyi prospektə ictimai qaydanı kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi VMİE-nin polis kapitanı X5 izahat verərək bildirdi ki, protokolu Gəncə şəhəri Kəpəz RPİnin İTB-nin rəisi polis mayoru Sənani Məmmədovun xx.xx.2020-ci il tarixli raportuna əsasən tərtib etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 01:00-da Gəncə şəhər 27-05 dairəsi adlanan ərazidə Fidanura adlı kafenin işləməsi müəyyən edilmişdir. Polis əməkdaşları həmin kafenin sahibinə karantin müddətində saat 00- 00-da kafenin bağlanmalı olduğunu izah edən zaman Elşad adlı şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarına yaxınlaşaraq onlara müxtəlif sözlər deyərək polisin qanuni fəaliyyətinə mane olmağa başlamışdır. Buna görə də, Elşad adlı şəxs polis tərəfindən barəsində qanuni tədbir görülməsi üçün Kəpəz RPİ-nə gətirilmişdir. Həmin vaxt Kəpəz RPİ-nin qarşısına gələn Elşadın tanışı Aylin küçədə və İdarənin həyətində ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bu vaxt Elşad da, PPXT avtomobilini təpikləyərək uca səslə polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Onları dəfələrlə polislər nizam intizama dəvət edilmələrinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etmişdilər. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə dostu tanışı Elşad İsgəndərovun “Fidanura” adlı kafesinin açılışına dəfət olunmuşdur. O bacısının yoldaşı E.İbrahimov ilə birlikdə Gəncə şəhər 27-05 darəsi adlanan ərazidə yerləşən “Fidanura” kafesinə getmişdir. Kafedə olan zaman gecə saat 23:50 radələrində kafeyə gələn polis əməkdaşları kafe sahibi E.İsgəndərova xüsusi karantin rejimi ilə əlaqədar saat 24:00-da kafenin bağlanmasını tələb etmişdilər. E.İbrahimov polis əməkdaşı olan Sənani Məmmədovdan xahiş etmişdir ki, kafenin açılış tortunu yemək üçün vaxt verilməsini xahiş etmişdir. Lakin polis əməkdaşları bu xahişi yerinə yetirməyərək, E.İbrahimovu kafedən uzaqlaşdırmışdılar. Daha sonra təkrar kafeyə qayıdan polis əməkdaşları E.İbrahimov saxlayaraq polis bölməsinə aparmışdılar. O E.İbrahimovun aparıldığı Kəpəz bölməsinə getmişdir, lakin onun bölmənin inzibati binasına buraxmamışdılar. Polis əməkdaşlarından biri onunla aqressiv danışaraq “get az burdan” ifadələrini işlətmişdir. Lakin o xatırlamır ki, ictimai qaydanı pozsun və polisin qanuni tələbinin yerinə yetirməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz rayon X11 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X9 ifadəsində bildirdi ki, xx.xx.2020ci il tarixdə saat 01:00-da Gəncə şəhər 27-05 dairəsi adlanan ərazidə “Fidanura” adlı kafenin işləməsi müəyyən edilmişdir. Onlar Kəpəz RPİ-nin əməliyyat qrupu ilə birlikdə həmin kafenin sahibinə karantin müddətində saat 00-00-da kafenin bağlanmalı olduğunu izah edən zaman Elşad adlı şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarına yaxınlaşaraq onlara müxtəlif sözlər deyərək polisin qanuni fəaliyyətinə mane olmağa başlamışdır. Buna görə də, Elşad adlı şəxs tərəflərindən barəsində qanuni tədbir görülməsi üçün Kəpəz RPİ-nə gətirilmişdir. Həmin vaxt Kəpəz RPİ-nin qarşısına gələn Elşadın tanışı hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs küçədə və İdarənin həyətində ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bu vaxt Elşad da, PPXT avtomobilini təpikləyərək uca səslə polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Şəxs dəfələrlə polislər nizam intizama dəvət edilmələrinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz rayon X11 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis leytenantı X4 və Gəncə şəhəri Kəpəz rayon X12 axtarış şöbəsinin əməliyyat müvəkkili polis leytenantı X1 Elnur Nazim oğlu ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 1251/2020 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 03:00-da müayinə edilmiş və orta dərəcə sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs oğlu xx.xx.2020-ci il tarixdə saat 02:00-də inzibati qaydada tutulmuşdur. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol, işdən olan digər materialları və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Şəxs öz hərəkətləri ilə ümumi qəbul edilmiş birgəyaşayış və davranış qaydalarını pozmuş, ətrafdakı insanların narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Lakin onun bu hərəkətləri şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilmədiyindən xırda xuliqanlıq kimi qiymətləndirilməlidir. Bu zaman ictimai qaydanın pozulmasının qarşısının alınması üçün oraya gəlmiş polis əməkdaşları ondan hərəkətlərini dayandırmağı tələb etsələr də Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən inzibati xətanın sərxoş vəziyyətdə törədilməsi məhkəmə tərəfindən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-603/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-603/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver