Məhkəmə qərarları › İş №3(043)-603/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-603/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-603/2021 24.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5 Tədqiqat İnstitutunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5-Tədqiqat İnstitutu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankın İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5- Tədqiqat İnstitutu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 29 iyul 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5 Tədqiqat İnstitutu 31386 avro məbləğində vəsaiti 24.07.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 31386 avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5 Tədqiqat İnstitutunun etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki, BİOS Aqrosytemıs şirkəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5 Tədqiqat İnstitutu arasında Kənd Təsərrüfatı Nazirliyinin ayırdığı torpaqlardan istifadə etməklə pambıqçılıqla, pambıq sortlarının sınağı və ümumiyyətlə pambığın yetişdirilməsi ilə bağlı təcrübələrin, sınaqların, aparılması, pambıq yetişdirilməsində yerli şəraitə və tələblərə üyğünlaşmış yeni texnologiyaların isifadəsi məqsədi ilə əməkdaşlıq müqaviləsi bağlanmış və bu məqsədlə müqavilənin ilk dövrü üçün 94160 avro pulun 31.386 avro olmaqla 3 bərabər hissədə ödənilməsi şərtləndirilmişdir. Bununla bağlı BİOS Aqrosytemıs şirkətinun hesabına göçülürmüş 31386 avro əməkdaşlaq müqaviləsi üzrə ödənilmişdir və həmin müqavilənin bir qismi icra olunmuşdur. Müqavilə üzrə ödənilmiş pul məbləğinin dəyərində hər hansı bir malın alınması nəzərdə tutulmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati materialda olan əməkdaşlaq haqqında müqavilədən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5 Tədqiqat İnstitutu ilə BİOS Aqrosytemıs şirkəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5 Tədqiqat İnstitutu arasında Kənd Təsərrüfatı Nazirliyinin ayırdığı torpaqlardan istifadə etməklə pambıqçılıqla, pambıq sortlarının sınağı və ümumiyyətlə pambığın yetişdirilməsi ilə bağlı təcrübələrin, sınaqların, aparılması, pambıq yetişdirilməsində yerli şəraitə və tələblərə üyğünlaşmış yeni texnologiyaların isifadəsi məqsədi ilə əməkdaşlıq müqaviləsi bağlanmış və bu məqsədlə müqavilənin ilk dövrü üçün 94160 avro pulun 31.386 avro olmaqla 3 bərabər hissədə ödənilməsi şərtləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 saylı Qərarına əsasən həmin Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş) gün” sözləri “2 (iki) il” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5 Tədqiqat İnstitutu tərəfindən xaricə köçürülmüş 31.386 avro malların alınması məqsədi ilə deyil, pambıqçılıqla, pambıq sortlarının sınağı və ümumiyyətlə pambığın yetişdirilməsi ilə bağlı təcrübələrin, sınaqların, aparılması, pambıq yetişdirilməsində yerli şəraitə və tələblərə üyğünlaşmış yeni texnologiyaların isifadəsi məqsədi ilə əməkdaşlıq müqaviləsi üzrə köçürülmüşdür. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5-Tədqiqat İnstitutu» barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X5-Tədqiqat İnstitutu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar