Məhkəmə qərarları › İş №3(043)-606/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-606/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-606/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, işləməyən, ünvan 1 mənzil 26 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində X15 rayon Polis İdarəsindən daxil olmus, inzibati xata haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində X16 Rayon Polis İdarəsində xx.xx.2020-ci il tarixdə MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli və xx.xx.2020-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün X15 Rayon Məhkəməsinə göndərilmişdir.Protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 mənzil 7 ünvanda yaşayan X2 məxsus VAZ 21099 markalı ** DG *** nömrəli avtomobildən 1 ədəd 60 manat dəyərində akumlyator və 1 ədəd 100 manat dəyərində Pioner markalı maqnitafon, xx.xx.2020-ci il tarixdə ünvan 3 mənzil 40 ünvanda yaşayan X3 məxsus 100 manat dəyərində hidrafonla birlikdə su motorunu, xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanda yaşayan X4 yaşadığı binanın damından 1 ədəd 120 manat dəyərində su hidrafonunu, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Natəvan qəsəbə sakini X5 yaşadığı evin qarşısından 1 ədəd 70 manat dəyərində su mühərriki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Z.Məmmədov küçəsi, ev 4, mənzil 26-da yaşayan X1 məxsus VAZ 2106 markalı ** BH *** qeydiyyat nömrənişanlı avtomobildən 90 manat pul oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, pula ehtiyacı olduğu üçün həmin oğruluqları etmişdir. Hazırda hərəkətlərindən peşimandır. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və işin təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin İTB-in sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ciiltarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 mənzil 7 ünvanda yaşayan X2 məxsus VAZ 21099 markalı ** DG *** nömrəli avtomobildən 1 ədəd 60 manat dəyərində akumlyator və 1 ədəd 100 manat dəyərində Pioner markalı maqnitafon oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin İTB-insahərəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 3 mənzil 40 ünvanda yaşayan X3 məxsus 100 manat dəyərində hidrafonla birlikdə su motorunu oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanda yaşayan X4 yaşadığı binanın damından 1 ədəd 120 manat dəyərində su hidrafonunu oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi Elnur Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Natəvan qəsəbə sakini X5 yaşadığı evin qarşısından 1 ədəd 70 manat dəyərində su mühərrikini oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi Xəlil Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN0671258 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci tarixdə Gəncə şəhəri, Z.Məmmədov küçəsi, ev 4, mənzil 26-da yaşayan X1 məxsus VAZ 2106 markalı ** BH *** qeydiyyat nömrəli avtomobildən 90 manat pul oğurlamışdır; İşə əlavə edilmiş X15 Rayon Polis İdarəsinin TB-in cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarların surətindən görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarların surəti X15 Rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci ildə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsİ.Xudaverdiyevin səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi zərərçəkmiş şəxslərin iştirakı olmadan inzibati tənbeh tətbiq etməklə eyni vaxtda zərərin tutulması mümkün olmadığından zərər çəkmiş şəxslərə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddəti xx xxxxxxxx 2020-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində X16 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar