Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-607/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 20 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, ünvan 2 mənzil 28 ünvanda yaşayan X6 məxsus, evin damından ümumi dəyəri 440 manat təşkil edən 1 ədəd velosiped və 2 ədəd su nasosunu oğurlamışdır. xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 71-də yaşayan X4 məxsus evdən ümumi dəyəri 90 manat olan 1 ədəd su matoru və krantları oğurlamışdır. xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 3 mənzil 37 ünvanında yaşayan X5 məxsus yaşadığı evin damından ümumi dəyəri 100 manat olan 1 ədəd su nasosu və 1 ədəd su hidrafonu gizli yolla oğurlamışdır. xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X11 məxsus “VAZ-21-012” markalı avtomaşından 4 ədəd 40 manat dəyərində diski kalpakları gizli yolla oğurlamışdır. xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X7 yaşadığı binanın damından dəyəri 50 manat olan 1 ədəd su mühərrikini gizli yolla oğurlamışdır. xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 6 mənzil 19 ünvanında yaşayan X3 yaşadığı binanın damından dəyəri 75 manat olan 1 ədəd su mühərrikini gizli yolla oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X1 Ramin Tofiq oğlunun Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək inzibati xəta haqqında protokollarda qeyd olunmuş inzibati xətaların onun tərəfindən törədildiyini etiraf etmiş və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Aparılmış araşdırma zamanı bu inzibati xətaların həqiqətən də Şəxs tərəfindən törədildiyi öz təsdiqini tapmışdır. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətalar ilə bağlı təqsirini etiraf edərək bir daha belə hallara yol verməyəcəyini bildirdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxx 2020ci il tarixli qərarının surətindən görünür ki, X6 məxsus, evin damından ümumi dəyəri 440 manat təşkil edən 1 ədəd velosiped və 2 ədəd su nasosunun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X4 məxsus evdən ümumi dəyəri 90 manat olan 1 ədəd su matorunun və krantların oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X5 məxsus yaşadığı evin damından ümumi dəyəri 100 manat olan 1 ədəd su nasosu və 1 ədəd su hidraforunun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X11 məxsus “VAZ-21-012” markalı avtomaşından 4 ədəd 40 manat dəyərində disk qalpaqlarının oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X10 məxsus dəyəri 50 manat olan 1 ədəd su mühərrikinin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X3 yaşadığı binanın damından dəyəri 75 manat olan 1 ədəd su mühərrikinin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il saat 22:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(043)-512/2019 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək ona 184 (yüz səksən dörd) saat ictimai işlər növündə inzibati tənbeh verilmişdir. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş protokollarla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Şəxs törətdiyi, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs eyni inzibati xətaya görə məhkəmə tərəfindən tənbeh edildikdən bir il keçmədən yenidən eyni inzibati xətanı törətməsini İXM-in 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xətaların xarakterini, sayını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ona əvvəllər tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbehin barəsində icraat aparılan şəxsin islah olunmasına kömək etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 02 (iki) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxxxx 2020-ci il saat 22:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-607/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-607/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver