Məhkəmə qərarları › İş №3(043)-608/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-608/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-608/2020 09.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi gömrük xidməti mayoru X1 iştirakı ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş gömrük idarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : Şəxs MMC-in barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli mallar üzrəBaş gömrük idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında işüzrə materialdan görünür ki,ünvan 1 döngə-12 ünvanında yerləşən “Logistikqrupp” Məhdud Məsuliyyətli Cəmiyyəti Baş Gömrük İdarəsində **********1409, **********1419 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyəüçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Almaniyada yerləşən “Trailer-Handdel.De” şirkətindən ünvanına gələn 1 ədəd “Daf Te 105 XF” markalı yəhərli dartıcı və “Krone SD” markalı yarımyedək nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada İisa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxxxxxx 2020-ci il tarixdə “Samur” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Pezidentinin 920 saylı, xx xxx 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinəəsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılmasıüçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat verilməlidir. Belə ki, Gömrük Əməliyyatlarıİdarəsindən daxil olmuş 34/012/015438 nömrəli xx.xx.2020-ci il tarixli raportun icrası iləəlaqədar olaraq bildirilir ki, Şəxs MMC-nin ünvanına gələn 1 ədəd Daf Te 105 XF” markalı yəhərli dartıcı və “Krone SD” markalı yarımyedək nəqliyyat vasitələrini **********409, **********1419 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********1409, 3**********419 sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmışİdarəetmə Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədəçıxarışdan və **********1409, **********1419 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC-nin ünvanına gələn 1 ədəd “Daf Te 105 XF” markalı yəhərli dartıcı və “Krone SD” markalı yarımyedək nəqliyyat vasitələri “Samur” gömrük postunu xx.xx.2020-ci il tarixdə keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətiriməzdən əvvəl həmin mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasındaQərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs MMC-nin adına sentyabr ayında yük, yük maşını, dartıcı gətirilib və qısa idxal bəyannaməsi vaxtında verilməmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxsə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyəti olan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasına səlahiyəti olmayan nümayəndəsi gəldiyi üçün məhkəmə iclasında onun iştirakı təmin olunmamışdır. İnzibati materialda olan «barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında» protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X4 gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC -in İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi işüzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs MMC-in inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar