Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-61/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x6 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi x8, Şəxs nümayəndəsi x4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 08 yanvar 2020-ci il tarixli 11000-2444/19 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında 08 yanvar 2020-ci il tarixli, 11000-2444/19 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 21.11.2019-cu il tarixli 34/012/012818 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikası Kocaeli şəhərində yerləşən “x16 San, Ve Tic.Ltd.Şti” şirkətindən Türkiyə Respublikası vətəndaşı x10 idarə etdiyi “Mercedes Benz” markalı, 54H5874/54H5875 nömrə nişanlı yük nəqliyyat vasitəsində gələn yüklər 19.11,2019-cu il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçməklə təyinatı üzrə Gəncə şəhəri, Qərb Ərazi Baş Gömrük idarəsinə rəsmiləşdirilməsi üçün göndərilmişdir. 20.11.2019-cu il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətində “Mercedes Benz” markalı, 54H5874/54H5875 nömrə nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmiş baxış zamanı 19.11.2019-cu il tarixli **********3600 saylı gömrük bəyannaməsində göstərilən mallardan əlavə gömrük orqanına bəyan edilməmiş 1 litrlik ölçüdə üzərində “Vital Airoment” yazısı olan 24 ədəd, üzərində “Tetrasym %80” yazısı olan 3 ədəd, üzərində “Ba-Cyper %10” yazısı olan 3 ədəd, üzərində “Cyper Methrin” yazısı olan 1 ədəd, üzərində “Amoxy Trih+Potosym Klov 20 gr” yazısı olan 1 ədəd, üzərində “Amoklizon LC 5gr” yazısı olan içərisi dolu şpris 3 ədəd, üzərində “Prednizalon 10 gr” yazısı olan 1 ədəd, üzərində “Mizolanid oral süs” yazısı olan 3 ədəd, üzərində “Levamisole LV 17492 10 gr” yazısı olan 1 ədəd, üzərində “Oxyclozanide OX ******* 10gr” yazısı olan 1 ədəd, üzərində “Bavet Xylazine %2 Enj.50ml” yazısı olan 6 ədəd, üzərində “Oxytetracycline HCL Y11805051 10gr” yazısı olan 1 ədəd, üzərində “Xylazine S89-0099 10 gr” yazısı olan 1 ədəd dərman preparatları aşkar olunmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 -ci maddəsi ilə 26.11,2019-cu il tarixdə, 11000-2444/19 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. İş üzrə 26.11.2018-ci il tarixdə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin olunmuş və **********3600 saylı gömrük bəyannaməsində göstərilməyən yuxarıda qeyd olunan dərman preparatlarının tərkibinin və dəyərinin müəyyən olunması məqsədilə 26-11.2019-cu il tarixli, 1600- 013/001-22/004126 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuşdur. Araşdırma ərzində Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi x1 Respublikasından idxal olunan 54H5874/54H5875 nömrə nişanlı yük nəqliyyat vasitəsində MMC-nin ünvanına gələn dərman preparatları 19.11.2019-cu il tarixli **********3600 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Əlavə aşkar olunan dərman preparatlarının bəyannamədə göstərilməməsinin səbəbini isə Türkiyə Respublikasından göndərən şirkətin və karqo şirkətinin səhvliyi ucbatından baş verdiyini bildirmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsinə 08.01.2020-ci il tarixində daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 28.12.2019-cu il tarixi 29591/29592 saylı ekspert rəyinə əsasən təqdim edilən dərman preparatları Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları" na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş “Vital Airoment” göstəricili qabdakı maddənin 19.11.2019-cu il tarixinə 1 ədədinin qiyməti 17 manat, 24 ədədinin qiyməti isə 408 manat müəyyən edilir. “Amoklizon LC 5gr’ preparatının barəsində internet saytlarında və məhkəmə ekspertiza mərkəzinin bazasında məlumat olmadığından onun qiymətini müəyyən etmək mümkün olmayıb. Tədqiqata təqdim edilmiş digər maddələrin dəqiq adı məlum olmadığından (flakonların üzərlərində heç bir markalanma göstəriciləri yoxdur) həmin maddələrin qiymətini müəyyən etmək mümkün olmayıb. Məhkəmə prosesində iştirak edən Şəxs nümayəndəsi x7 izahat verərək bildirdi ki, Türkiyə Respublikasından idxal olunan 54H5874/54H5875 nömrə nişanlı yük nəqliyyat vasitəsində MMCnin ünvanına gələn dərman preparatları 19.11.2019-cu il tarixli **********3600 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Əlavə aşkar olunan dərman preparatlarının bəyannamədə göstərilməməsinin səbəbi Türkiyə Respublikasından göndərən şirkətin və karqo şirkətinin səhvliyi ucbatından baş vermişdir, həmin əşyalar onlara məxsus deyildir. Məhkəmədən həmin əmlakların müsadirə olunmasını xahiş etdi. Məhkəmə prosesində iştirak edəm, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi x11 protokolda göstərilənlərə uyğun izahat verərək, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Gömrük Əməliyyatları İdarəsinin rəisi Süleyman Mustafayevin 21.11.2019-cu il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavininə ünvanlanmış raportundan görünür ki, 20.11.2019-cu il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətində “Mercedes Benz” markalı, 54H5874/54H5875 nömrə nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmiş baxış zamanı 19.11.2019-cu il tarixli **********3600 saylı gömrük bəyannaməsində göstərilən mallardan əlavə gömrük orqanına bəyan edilməmiş 1 litrlik ölçüdə üzərində “Vital Airoment” yazısı olan 24 ədəd, üzərində “Tetrasym %80” yazısı olan 3 ədəd, üzərində “Ba-Cyper %10” yazısı olan 3 ədəd, üzərində “Cyper Methrin” yazısı olan 1 ədəd, üzərində “Amoxy Trih+Potosym Klov 20 gr” yazısı olan 1 ədəd, üzərində “Amoklizon LC 5gr” yazısı olan içərisi dolu şpris 3 ədəd, üzərində “Prednizalon 10 gr” yazısı olan 1 ədəd, üzərində “Mizolanid oral süs” yazısı olan 3 ədəd, üzərində “Levamisole LV 17492 10 gr” yazısı olan 1 ədəd, üzərində “Oxyclozanide OX ******* 10gr” yazısı olan 1 ədəd, üzərində “Bavet Xylazine %2 Enj.50ml” yazısı olan 6 ədəd, üzərində “Oxytetracycline HCL Y11805051 10gr” yazısı olan 1 ədəd, üzərində “Xylazine S89-0099 10 gr” yazısı olan 1 ədəd dərman preparatları aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 28.12.2019-cu il tarixi 29591/29592 saylı ekspert rəyindən görünür ki, əsasən təqdim edilən dərman preparatları ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları" na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş “Vital Airoment” göstəricili qabdakı maddənin 19.11.2019-cu il tarixinə 1 ədədinin qiyməti 17 manat, 24 ədədinin qiyməti isə 408 manat müəyyən edilir. “Amoklizon LC 5gr’ preparatının barəsində internet saytlarında və məhkəmə ekspertiza mərkəzinin bazasında məlumat olmadığından onun qiymətini müəyyən etmək mümkün olmayıb. Tədqiqata təqdim edilmiş digər maddələrin dəqiq adı məlum olmadığından (flakonların üzərlərində heç bir markalanma göstəriciləri yoxdur) həmin maddələrin qiymətini müəyyən etmək mümkün olmayıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxsnun Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nümayəndəsinin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanınxarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi barədə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, ondan aşkar olunaraq götürülmüş və Qərb Ərazi Baş Gömrük İdarəsində saxlanılan 1 litrlik ölçüdə üzərində “Vital Airoment” yazısı olan 24 ədəd, üzərində “Tetrasym %80” yazısı olan 3 ədəd, üzərində “Ba-Cyper %10” yazısı olan 3 ədəd, üzərində “Cyper Methrin” yazısı olan 1 ədəd, üzərində “Amoxy Trih+Potosym Klov 20 gr” yazısı olan 1 ədəd, üzərində “Amoklizon LC 5gr” yazısı olan içərisi dolu şpris 3 ədəd, üzərində “Prednizalon 10 gr” yazısı olan 1 ədəd, üzərində “Mizolanid 90ML” yazısı olan 3 ədəd, üzərində “Levamisole LV 17492 10 gr” yazısı olan 1 ədəd, üzərində “Oxyclozanide OX ******* 10gr” yazısı olan 1 ədəd, üzərində “Bavet Xylazine %2 Enj.50ml” yazısı olan 6 ədəd, üzərində “Oxytetracycline HCL Y11805051 10gr” yazısı olan 1 ədəd, üzərində “Xylazine S89-0099 10 gr” yazısı olan 1 ədəd dərman preparatları müsadirə edilsin. İş üzrə 163,64 (bir yüz altmış üç manat altmış dört qəpik) manat ekspertiza xərci dövlət vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-61/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-61/2020
29.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver