Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-610/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, X1 Dövlət Yol Polisi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş, İXP3376821 nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mümkünlüyünə baxaraq , müəyyən etdi: X3 Dövlət Yol Polisi tərəfindən 09.07. 2020-ci il tarixdə tərtib olunmuş İXP3376821 nömrəli inzibati protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət və ona əlavə olunmuş sənədlər nəzərdən keçirərəkən müəyyən olunmuşdur ki, şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Qanunvericiliyin normasından görünür ki, inzibati qərardan şikayət bir qayda olaraq qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qərara gəlir ki, şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Dövlət Yol Polisi tərəfindən 09.07. 2020-ci il taririxdə tərtib olunmuş İXP3376821 nömrəli inzibati protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-610/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-610/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver