Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-611/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi X1 xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 qanuni nümayəndəsi X3 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: X2 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı qərardan onun qanuni nümayəndəsi X3 məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş qərardan həmin qərarın inzibati qaydada tənbeh edilmiş şəxsin iştirakı ilə əllə tərtib edildiyi və ona təqdim edildiyi görünür. Şikayəti vermiş şəxs həmin qərarın ona daha gec təqdim edilməsi barədə hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət verilmiş qərar xx xxxxx 2020-ci il tarixdə qəbul edilmiş, şikayət isə bundan beş ay sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdə verilmişdir. Belə olan halda qanunvericilikdə müəyyən edilmiş müddət ötürüldükdən sonra verilmiş şikayətə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi X1 xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 qanuni nümayəndəsi X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-611/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-611/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver