Məhkəmə qərarları › İş №3(043)-611/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-611/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-611/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 və qərarından şikayət verilmiş şəxs Baş X10 İdarəsinin İX tağım yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakı ilə, X3 Baş X10 İdarəsinin İX tağım yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən barəsində qəbul olunmuş 19.08.2021-ci il tarixli TP4549872 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Baş X10 İdarəsi İX tağım yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul olunmuş 19.08.2021-ci il tarixli TP4549872 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 327.4cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X5 şikayət verərək qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək göstərdi ki, Gəncə şəhərində yaşamaqla Şəmkir, Tovuz və Gədəbəy rayonlarında dəmir tullantılarının pərakəndə alışı ilə məşğul olur. 19.08.2021-ci il tarixdə telefonuna SMS gəlmişdir ki, İXM-in 372.4-cü maddəsində göstərilən inzibati xətanı törətmiş və bunun əsasında 100 manat cərimə olunmuşdur. Bununla bağlı olaraq şəxsi kabinetinə baxmışdır. Ancaq şəxsi kabinetində inzibati xətanın törəddilməsini təsdiq edən foto və ya video görüntü yoxdur. Həmçinin, şəxsi kabinetində qərar bölməsində qərarın qabağı boş olmuşdur. Şəxsi kabinetində olan şikayət bölməsi vasitəsi ilə şikayət edərək, foto və ya video görüntünün təqdim edilməsi, həmçinin qərarın rəsmi qaydada ünvanına göndərilməsini xahiş etmişdir. Şikayəti ilə əlaqədar olaraq Bakı şəhərindən ona zəng gəlmiş və bildirilmişdir ki, Şəmkir rayon yol polisinə yaxınlaşmalıdır. Oradan isə ona hər hansı foto və video görüntü göstərilməmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə müraciət edərək ona qərarın rəsmi qaydada verilməsini bildirmişdir. 08.09.2021-ci il tarixdə Gəncə şəhərində yerləşən X9 Şöbəsindən zəng edərək bildirmişdirlər ki, qərarı götürsün. 19.08.2021-ci il tarixli, TP ******* saylı qərar ona rəsmi qaydada 08.09.2021-ci il tarixdə verilmişdir. Həmin qərardan narazıdır. Belə ki, 19.08.2021-ci il tarixli, TP ******* saylı qərarın verilməsinə əsas olmuş 19.08.2021-ci il tarixli, İXP ******* saylı protokol tam qanunsuzdur. Çünki, qanunvericiliyin tələbinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmçinin, onun inzibati xəta törətməsini təsdiq edən sənədlər əlavə edilməlidir. Bura isə foto və video görüntü daxildir. Ona görə də, pozulmuş hüququnun müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Baş X10 İdarəsi İX tağım yol patrul xidməti inspektoru polis serjantı X4 şikayəti qəbul etməyərək göstərdi ki, şikayətçi X5 19.08.2021-ci il tarixdə saat 12:58-də Bakı Qazax yolunun 386 km ərazidə Qaz 3110 markalı 51BB599 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Həmin yol hərəkəti haqqında qayda pozuntusu onun tərəfindən biləvasitə aşkar olunaraq İXM-in 327.4-cü maddəsi ilə protokol tərtib olunaraq onun tərəfindən İXM-in 327.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Yol patrul xidməti inspektoru polis serjantı X4 əlavə olaraq göstərdi ki, Bakı Qazax yolunun 386 km ərazisində xidmətdə olarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydalarını pozmasını biləvasitə aşkar etmiş, sürücü özü də yol hərəkəti qaydasını pzduğunu etiraf etmişdir. Həmin görüntü xidməti avtomobildə olan kamera ilə qeydə alınmışdır. Şikayətin əsassız olduğunu və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs tərəfindən təqdim edilmiş yol hərəkəti qaydalarının pozuntusunu əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, X1 3110 markalı 51BB599 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yolunda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş- Baş X9 İdarəsi İX tağım yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul olunmuş 19.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayətçi X3 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi təqdim olunmuş materillarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli və Baş X10 İdarəsi İX tağım yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul olunmuş 19.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi İX tağım yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul olunmuş 19.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar