Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-618/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, İbrahimov İsmətMübariz oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gəncəşəhəri, Gəncə küçəsi, 8-döngə,ev 13 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə X5 rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində X5 rayon Polis İdarəsindəxx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasıüçün GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə “Qrand Qafqaz” Ticarət Mərkəzinin “Gəncə Səbəti” bölməsində ictimai yerdə birgə işlədiyi X3 ilə mübahisə edərək, uca səslə nalayiq ifadələr işlədərək, M.İsmayılovanı təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxs X3 ilə “Qrand Qafqaz” Ticarət Mərkəzinin “Gəncə Səbəti” bölməsində yaxın-yaxına işləyirlər. xx xxxxxxxx 2020-ci il tarixdə müştəri gələn zaman onunla Mənzər arasında mübahisə yaranmışdır. İlk əvvəl Mənzər ona söyüşsöymüşdür. O, da əsəbiləşib Mənzərə qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda hərəkətindən peşman olduğunu göstərdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs ilə bir bazarda işləyirlər. xx xxxxxxxx 2020-ci il tarixdə onlar işdə olan zaman Şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O bununla bağlı «102 xidmət»inə zəng edərək, şikayət etmişdir. İşə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə “Qrand Qafqaz” Ticarət Mərkəzinin “Gəncə Səbəti” bölməsində X2 qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Şəxs törətdiyi xəta Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olduğundan baxılması üçün X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi işüzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq İXM-nin 510-cu maddəsi ilə protokollaşdırılmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112,114,115,117 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəGəncəŞəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-618/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-618/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver