Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-619/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1963-cü ildə Gəncə şəhərində doğulmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2020-ci il tarixdə Şəxs işlədiyi “Grand Qafqaz” ticarət mərkəzinin Gəncə səbəti bölməsində X4 ilə ictimai yerdə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Bununla o, İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis leytenantı X5 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, “Grand Qafqaz” ticarət mərkəzində tərəvəzlərin satışı ilə məşğul olur. Hadisədən 1-2 gün əvvəl o X2 yaxınlaşaraq onun müştərilərini başqa şəxslərə göndərməsi ilə əlaqədar ona irad tutmuşdur. Lakin sonradan B.Əliyevin onun 1 illik müştərisini alış-veriş üçün başqa şəxsin yanına göndərdiyini görmüşdür. Bundan sonra o B.Əliyevə yaxınlaşaraq yenə də ona irad tutmuşdur. Bu zaman B.Əliyev onu təhqir edərək, ünvanına nalayiq ifadələr işlətmişdir. B.Əiyevin sözlərinə dözməyərək o utandığından ağalamağa başlamış və özündən getmişdir. O B.Əliyevi təhqir etməmiş və ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Əksinə B.Əliyevin qanunsuz hərəkətləri ilə bağlı o, polisə müraciət etmiş və bundan sonra B.Əliyev məsuliyyətini yüngülləşdirmək üçün ondan şikayət etmişdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, “Grand Qafqaz” ticarət mərkəzində ərzaq səbətlərinin hazırlanması ilə məşğul olur. Hadisə xx.xx.2020-ci il tarixdə baş vermişdir. Belə ki, ticarət mərkəzində olan zaman onun yanında bir nəfər müştəri olmuşdur. Həmin müştərini görən Şəxs ona yaxınlaşaraq müştərilərini başqa şəxslərə gödərilməsi ilə əlaqədar ona irad tutaraq getmişdir. Müştəri getdikdən sonra Şəxs yenə də ona yaxınlaşaraq onu təhqir edərək özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o da cavab olaraq Şəxs ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə də Şəxs məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin izahatından məlum olur ki, o B.Əliyevə yalnız onun müştərilərinin başqa şəxslərin yanına göndərilməsi ilə əlaqədar olaraq irad tutduğunu, lakin onun ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, əksinə B.Əliyevin onu təhqir edərək alçaltmağa başladığını qeyd etmişdir. İş üzrə zərərçəkmiş şəxsin izahatından isə məlum olur ki, Şəxs onu təhqir edərək özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyini və o da cavab olaraq Şəxs ünvanına nalayiq ifadələr işətməyə başladığnı qeyd edərək onu məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Protokolda Şəxs ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətdiyi qeyd edilsə də konkret olaraq hansı ifadələrin işlədildiyi, bu ifadələrin kimlərin yanında işlədildiyi, bu ifadələrin işlədilməsinin həqiqətən də ictimai qaydanın pozulmasına səbəb olması ilə bağlı heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Hadisənin şahidləri yoxdur, protokol yalnız B.Əliyevin izahatı əsasında tərtib edilmişdir ki, tərəflərin münaqişəli vəziyyəti nəzərə alındıqda B.Əliyevin izahatının qərəzsiz və obyektiv olması kifayət qədər şübhəlidir. Göstərilənlər Şəxs ictimai qaydanı pozan hərəkətləri etməsi barədə protokolda qeyd edilənləri şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi Xaliq Zeynalovun hərəkətlərində qanunazidd davranışın olması və onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması yuxarıda qeyd edilən sübut növlərinin heç biri ilə təsdiq olunmur. Tərtib edilmiş protokol zərərçəkmiş şəxsin izahatına əsaslanır və hadisəni bilavasitə görmüş şəxs tərəfindən tərtib edilmədiyindən hər hansı sübut əhəmiyyəti daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-619/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-619/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver