Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-619/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X2 Samux RPŞ-nin DYPB-nin rəisi X3 tərəfindən qəbul edilmiş 15.09.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux RPŞ-nin DYPB-nin rəisi polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 15.09.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 yazılı ərizə verərək, inzibati xəta haqqında qərardan verdiyi şikayəti geri götürmək istədiyini bildirdi və təqdim etdiyi şikayəti, ona əlavə olunmuş sənədlərlə birlikdə ona geri qaytarılmasını xahiş etdi. Odur ki, məhkəmə hesab edir ki, X4 inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri götürülməsini istədiyindən, şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X2 Samux RPŞ-nin DYPB-nin rəisi X3 tərəfindən qəbul edilmiş 15.09.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-619/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-619/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver