Məhkəmə qərarları › İş №3(043)-62/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-62/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-62/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ X4 Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 11000-0056/22 nömrəli, 19.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan faktiki olaraq Gəncə səhəri Yevlax sossesi 53-də yerləşən "xxxx" MMC-nin ünvanına X2 tapşırığı itə "ETİ Aluminyum" şirkətindən ( **********00612, qeydiyyat nömrəli dartıci lokomotivlə) 94489952 nömrəli yaponda "Elektrik qurğular) üçün elektrodlar" yükü 02.01.2022-ci il tarixli tarixdə "Böyük Kəsik" gömrük postundan təyinat) üzrə Gəncə səhərinə Qərb Ərazi Bas Gömrük İdarəsinə daxil olmuş və 05.01.2022-ci it tarixdə **********1588 saylı gömrük bəyannaməsi tərtib edilərək Gəncə şəhərində gömrük orqanına təqdim edilmişdir. 05.01.2022-ci il tarixdə **********1588 sayli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zaman Gəncə səhəri Qərb Ərazi Bas Gömrük İdarəsində aşkar olundu ki, "xxxx" MMC-nin ünvanına 94489952 nömrəli vaqonda "Elektrik qurğuları üçün elektrodlar" yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Məhkəmə iclasının vaxtı və yeri barədə “Azəralüminium MMC”-ə və Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, işə “Azəralüminium MMC”-nin və Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 06.01.2022-ci il tarixli raportdan görünür ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin (VÖEN **********) ünvanına **********00612 qeydiyyat nömrəli dartıcı vaqonla 02.01 2022- ci il tarixdə daxil olmuş 1(bir) vaqon (barkod **********00127) elektroliz qurğular üçün elektrodlar yükü **********1588 saylı 05.01.2022-ci il tarixli GB tərtib edilərək rəsmiləşdırilmə üçün təqdim edilmişdir. Lakin sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru X3 tərəfindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü it tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan ünvan 1 ünvanında qeydiyyatda olan faktiki olaraq Gəncə səhəri Yevlax şossesi 53-də yerləşən "xxxx" MMC-nin ünvanına X2 tapşırığı itə "ETİ Aluminyum" şirkətindən (**********00612, qeydiyyat nömrəli dartıci lokomotivlə) 94489952 nömrəli yaponda "Elektrik qurğular) üçün elektrodlar" yükü 02.01.2022-ci il tarixli tarixdə "Böyük Kəsik" gömrük postundan təyinat) üzrə Gəncə səhərinə Qərb Ərazi Bas Gömrük İdarəsinə daxil olmuş və 05.01.2022-ci it tarixdə **********1588 saylı gömrük bəyannaməsi tərtib edilərək Gəncə şəhərində gömrük orqanına təqdim edilmişdir. 05.01.2022-ci il tarixdə **********1588 sayli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zaman Gəncə səhəri Qərb Ərazi Bas Gömrük İdarəsində aşkar olundu ki, "xxxx" MMC-nin ünvanına 94489952 nömrəli vaqonda "Elektrik qurğuları üçün elektrodlar" yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: “Azəralüminium MMC” (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar