Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-622/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, X15 küçəsi, ev 48 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X16 məxsus evin pəncərəsini sındırma yolu ilə evdən 100 manat dəyərində olan elektrik naqili oğurlamışdır. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Ə.Cəmil küçəsi, bina 91, mənzil 21-də yaşayan X2 məxsus avtomobildən 1 ədəd 200 manat dəyərində olan maqnitafonu oğurlamışdır. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, 3-cü mikrorayon, bina 3, mənzil 24-də yaşayan X1 yaşadığı binanın qarşısında ona məxsus “Vaz 2101” markalı avtomobildən 2 ədəd hər biri 50 manat dəyərində olan “Sony” markalı səsgücləndircini və 1 ədəd 10 manat dəyərində olan yaddaş kartını oğurlamışdır. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, T.Arani küçəsi, bina 7, mənzil 33-də yaşayan X4 yaşadığı binanın dəhlizindən sonuncuya məxsus 1 ədəd 60 manat dəyərində su mühərrikini oğurlamışdır. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X9 məxsus torpaq sahəsindən 4 kub həcmində dəyəri 10 manat olan qumu oğurlamışdır. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhər sakini X10 inşa etdiyi, Gəncə şəhəri, Cavadxan qəsəbəsində olan evdən 90 manat dəyərində olan elektrik naqilləri oğurlamışdır. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X5 məxsus avtomobildən 175 manat pulu və 250 manat dəyərində olan maqnitafonu oğurlamışdır. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 77 B, mənzil 19-da yaşayan X7 məxsus binadan 1 ədəd 90 manat dəyərində olan su mühərrikini oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTBnin polis sahə rəisi polis leytenantı X11 inzibati xəta haqqında protokollarda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən maddi imkansızlıqdan törədilmişdir. Oğurladığı əşyaları tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X16 məxsus 100 manat dəyərində olan elektrik naqilin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X2 məxsus 1 ədəd 200 manat dəyərində olan maqnitafonun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X3 məxsus 2 ədəd hər biri 50 manat dəyərində olan “Sony” markalı səsgücləndircinin və 1 ədəd 10 manat dəyərində olan yaddaş kartın oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X8 məxsus 1 ədəd 60 manat dəyərində su mühərrikinin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X9 məxsus 4 kub həcmində dəyəri 10 manat olan qumun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X12 məxsus 90 manat dəyərində olan elektrik naqillərin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X5 məxsus 175 manat pulu və 250 manat dəyərində olan maqnitafonun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X7 məxsus 1 ədəd 90 manat dəyərində olan su mühərrikinin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə 20:40-da inzibati qaydada tutulmuşdur. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi və barəsində tərtib edilmiş protokollarla və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətaların xarakterini, sayını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxxxx 2020-ci il saat 20:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-622/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-622/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver