Məhkəmə qərarları › İş №3(043)-623/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-623/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-623/2021 18.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə şəhəri Kəpəz Rayon Polis Bölməsinin rəisi X3 01 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şəhəri Kəpəz Rayon Polis Bölməsinin rəisi X3 01 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 izahatında göstərdi ki, onu 07.01.2021-ci il tarixdə yaşadığı evin yanında Kəpəz rayon Polis bölməsinin mülki əməkdaşları maska burnundan aşağı olduğu üçün 200 manat cərimə etmişlər. Lakin o, polis əməkdaşlarına etirazını bildirərək, maskanın burnundan lap az aşağıda olduğunu, həmçinin onun evlərinin qarşısında, küçədə durduğunu orada isə heç kəsin olmadığını bildirmişdir. Ona görə də, onun hərəkətində inzibati xəta hadisəsi olmadığından qeyd olunan qərar ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis Bölməsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis Bölməsinin rəisi X3 01 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 07.01.2021-ci il tarixdə 38 saylı Hərbi şəhərcikdə tibbi maskadan istifadə etməmiş və Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.11.2020-ci il tarixli, 451 saylı qərarının 1-ci hissəsinə əsasan Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi edilmişdir. Həmin Qərarın 2-ci hissəsinə əsasən bu qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 saylı qərarının 2.1 və 2.1.1-ci bəndlərinə əsasən 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tənbehin verilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Barəsində icraat aparılan şəxsin izahatından da göründüyü kimi protokol tərtib edilən zaman N.Məmmədov evinin qarşısında olmuş və o, orada olan zaman ətrafda heç kəs olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından da görünür ki, tibbi maskalardan istifadə yalnız açıq havadaki ictimai yerlərdə məcburidir. Hər bir norma şərh edilərkən onun məqsədi əsas götürlməlidir. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında müəyyən edilən qayda COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədinə xidmət edir. Bu baxımdan da həmin qərarda hər hansı açıq məkanda yox, ictimai yer olan açıq məkanlarda fərdi qoruyucu vasitələrdən istifadə barədə tələb müəyyən edilmişdir. Bu baxımdan inzibati xətalar haqqında qanunvericiliyin tələbinə uyğun olaraq N.Məmmədovun tibbi maskadan düzgün istifadə etmədiyi yerin ictimai yer hesab olunmasını sübut etmək vəzifəsi tənbeh verən orqanın üzərinə düşür. Belə sübut təqdim edilmədiyi üçün N.Məmmədovun hərəkətlərində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 inzibati tənbeh verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis Bölməsinin rəisi X3 07 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar