Məhkəmə qərarları › İş №3(043)-626/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-626/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-626/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Baş Dövlət X4 şəhəri Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP-3525699 saylı inzibati xəta haqqında protokolundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X2 tərəfindən verilmiş şikayəti məhkəmə iclasında kənar, baxaraq, müəyyən etdim: X2 şikayət ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, barəsində olan Baş Dövlət X4 şəhəri Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP- 3525699 saylı inzibati xəta haqqında protokolun əsassız olduğu üçün ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə xx.xx.2020ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şikayətdə göstərilmişdir ki, inzibati qaydada qərar qəbul olunmamışdır. X2 həmin protokolu əsassız hesab edərək ləğv olunmasını və iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, İXP-3525699 saylı inzibati xəta haqqında protokolda X1 adı və nəqliyyat vasitənin markası qeyd ediləməsinə baxmayaq digər inzibati xətanın törədilməsi barədə məlumatlar qeyd edilməməklə protokol tam olaraq doldurulmamış, inzibati tənbeh vermə barədə hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət məhkəmənin icraatına qəbulundan imtina olunaraq geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalər Məcəlləsinin 61.1.6.-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd edilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbindən göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest verilməsi və onlara baxılması qaydaları tənzimlənmişdir. Göründüyü kimi, Baş Dövlət X4 şəhəri Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP-3525699 saylı inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayətin icraata qəbul edilməsindən imtina olunmalı və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Baş Dövlət X4 şəhəri Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP-3525699 saylı inzibati xəta haqqında protokolundan, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X2 tərəfindən verilmiş şikayətinin icraata qəbulundan imtina olunsun və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar