Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-633/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi X3 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs “Azinterpartlayış-X» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 08.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, 55 nömrəli mənzildə fəaliyyət göstərən “Azinterpartlayış-X» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Gürcüstan Respublikasından İA003GO/XX462K nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “hazır partlayıcı maddələr” yükü **********5132 saylı, 14.08.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “Azinterpartlayış-X» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına İA003GO/XX462K nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1134.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda “Azinterpartlayış-X» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu təmin olunmamış, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə “Azinterpartlayış-X» Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati materiala “Azinterpartlayış-X» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi X5 protokolun məzmununa uyğun çıxış edərək “Azinterpartlayış-X» Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azinterpartlayış-X» MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən “Azinterpartlayış-X» MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan 14.08.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “Azinterpartlayış-X» MMC-nin ünvanına Gürcüstan Respublikasından İA003GO/XX462K nömrə nişanlı yük nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük Qərb Ərazi Baş Gömrük İdarəsinə bəyan edilmişdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” protokoldan görünür ki, Azinterpartlayış-X» MMC-nin nümayəndəsi X1-X» MMC-nin ünvanına gələn 14.08.2021-ci il tarixli, **********5132 saylı, sorğu nömrəli, Gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün qısa idxal bəyannaməsini vermədiklərini və gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı “Azinterpartlayış-X»MMC-nin idxal etdiyi malın yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməməsi müəyyən edilmişdir. Bununla da “Azinterpartlayış-X» MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azinterpartlayış-X» Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********, hüquqi ünvan ünvan 1likası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-633/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-633/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver