Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-635/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi ilə, xx.xx.1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Samux rayonu, Kolayır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokol X1 Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında küçədə olaraq hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə işə baxılması barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati materialda olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə olunmuş raportdan görünür ki, Şəxs hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Məhkəmə inzibati xəta haqqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan RespublikasıİXM-in 517-2.1 maddəsi ilə təqsiri sübuta yetir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinəəsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 517-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş xəbərdarlıq növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 12-13, 31, 32, 40, 48-50-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xəbərdarlıq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan X1 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər
Məhkəmə qərarları › İş №3(043)-635/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-635/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver