Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-635/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlunun və vəkili Vəkil iştirakı ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi polis mayoru X1 tərəfindən Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlu 22.09.2021ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində nalayiq ifadələr işlədərək öz şəxs telefonunu yerə atmış, məhkəmənin gedişatını pozarkən onu sakitliyə dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlu göstərdi ki, əsəbi olduğu üçün hərəkətləri etmişdir. Əməlindən peşman olduğunu bildirib bir daha belə hallara yol verməyəcəyini göstərərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olduğu üçün barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 23.09.2021-ci il tarixli, MN1156051 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlu 22.09.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində nalayiq ifadələr işlədərək öz şəxs telefonunu yerə atmış, məhkəmənin gedişatını pozmuşdur. Mühafizə polisinin qanuni tələblərinə tabe olmamışdır Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlunun Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Həsənov (Məmmədov) Cümşüd Canpolad oğluna törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlunun əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlunun əməlində ağırlaşdırıcı hal müəyyən etmədi. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlunun törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Həsənov (Məmmədov) Cümşüd Canpolad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 15 (on beş ) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22.09.2021-ci il, saat 18:28-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-635/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-635/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver