Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-638/2021 24.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə; xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, barəsində Cinayət Məcəlləsinin 234.1 və 177.2.2.3-cü maddələri cinayət işi üzrə ibtidai istintaqı aparılan, Gəncə şəhəri Nizami rayonu, X14, ev 9, mənzil 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində 24.09.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* və MN ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs 22.09.2021-ci il tarixdə X4 məxsus mağazadan 02 (iki) manat olmaqla, 10 ədəd 20 manat dəyərində “Keno” markalı siqaret qutularını, bir ədəd 06 (altı) manat dəyərində “Clear” markalı şampun, bir ədəd 20 qəpik dəyərində “Patron” markalı qablaşdırılmış günəbaxan tumu və hər biri 02-lik plastik qabda qablaşdırılmış hər litrini 1,20 manata satdığı 4,80 manat məbləğində 04 litr Aİ-92 markalı benzini oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs 21.09.2021-ci il tarixdən 22.09.2021-ci il tarixə keçən gecə X6 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yarımtikilindən hər metri 1 manat olmaqla 60 metr uzunluğunda cəmi dəyəri 60 manat olan izolyasiyalı suvaqaltı elektrik naqili və hər biri 03 manat olmaqla 10 ədəd cəmi 30 manat dəyərində elektrik açarlarını oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X5 çıxış edərək bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda barəsində oğurluq və narkotiklə bağlı cinayət işinin ibtidai istintaqı aparılır. 22 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində X6 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yarımtikilindən 60 metr uzunluğunda izolyasiyalı suvaqaltı elektrik naqili və 10 ədəd elektrik açarlarını oğurlamışdır. Daha sonra 22 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində isə Gəncə şəhəri Məhsəti qəsəbəsi ərazisində yerləşən hazırda işləməyən “Samovar” adlanan çayxananın yanında tanışı X9 görüşüb, bir az söhbət edib piyada Gəncə şəhəri Məhsəti qəsəbəsi ərazisində yerləşən X2 evinin küçəyə baxan hissəsinin otağını mağaza kimi inşa edərək fəaliyyət göstərdiyi mağazaya tərəf gəlmişlər. Azad həmin mağazanın yanında yerləşən digər tanımadığı şəxsin işlədiyi mağazaya gəlmiş, o özü isə Suğrə Tağıyevanın mağazasına daxil olmuşdur. Suğrə Tağıyevadan ona su verməsini istəmiş, Suğrə Tağıyeva ona su vermək üçün soyuducu rəfə yaxınlaşanda onun başının qarışıq olmasından istifadə edib 10 ədəd siqaret qutularını, bir ədəd şampunu və mağazadan çıxıb mağazanın qarşısında iki ədəd 02-lik plastik qabda qablaşdırılmış benzini götürmüşdür. Sonra Azad əvvəl daxil olduğu mağazadan bir ədəd “Bizon” markalı enerji içkisi alıb çıxaraq Suğrə Tağıyevanın mağazasına daxil olmuş və az sonra çörək alıb çıxmışdır. O Azada həmin mağazadan hər hansı bir əşya oğurlaması barədə heç nə deməmişdir. O və Azad mağazaya gələndə onunla birlikdə oğurluq edəcəyi barədə əvvəlcədən razılaşmamışlar. O Azad ilə əlbir olmamışdır. O Suğrə Tağıyevanın mağazasına müştəri kimi daxil olub oradan 10 ədəd “Keno” markalı siqaretlər, bir ədəd şampun və iki ədəd 02-lik plastik qabda qablaşdırılmış benzini oğurlamışdır. Başqa heç nə oğurlamamışdır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan onun tərəfindən ödənilməmiş və onlarla barışıq əldə etməmişdir. Bəzi əşyaları isə tədqiqatçıya qaytarmışdır. Məhkəmədən ailəsinin tək övladı olmasını nəzərə alaraq onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadəsində bildirdi ki, o, 22 sentyabr 2021ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, tanımadığı iki nəfər şəxslər 22 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində ona məxsus olan Gəncə şəhəri Məhsəti qəsəbəsi ərazisində yerləşən evinin küçəyə baxan hissəsinin otağını mağaza kimi inşa edərək fəaliyyət göstərdiyi mağazaya alıcı qismində gələrək həmin şəxslərdən biri onun başını söhbətə qatmış, digər şəxs isə mağazanın rəfindən hər biri 02 (iki) manat olmaqla, 10 ədəd 20 (iyirmi) manat dəyərində “Keno” markalı siqaret qutularnı, bir ədəd 06 (altı) manat dəyərində “Clear” markalı şampun, bir ədəd 20 qəpik dəyərində “Patron” markalı qablaşdırılmış günəbaxan tumu və hər biri 02-lik plastik qabda qablaşdırılmış hər litrini 01 manat 20 qəpiyə satdığı 04 (dörd) manat 80 (səksən) qəpik məbləğində 04 litr A1-92 markalı benzini gizli yolla oğurlamışlar. Həmin şəxsləri tanımamış və heç bir münasibəti olmamışdır. Həmin şəxslər özlərini şübhəli apardıqlarından onlar getdikdən sonra mağazaya quraşdırılmış kameraya baxmış və göstərilən əşyaların oğurlandığını görmüşdür. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. İnzibati xəta törətmiş şəxslə aralarında barışıq əldə olunmamışdır və onun barəsində qanuna müvafiq olaraq ağır cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə məhkum olunmamış, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 09, mənzil 14-də qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi (MİDA binası) bina 11, mənzil 08-də yaşayan Şəxs 22.09.2021-ci il tarixdə X4 məxsus mağazadan 02 (iki) manat olmaqla, 10 ədəd 20 manat dəyərində “Keno” markalı siqaret qutularını, bir ədəd 06 (altı) manat dəyərində “Clear” markalı şampun, bir ədəd 20 qəpik dəyərində “Patron” markalı qablaşdırılmış günəbaxan tumu və hər biri 02-lik plastik qabda qablaşdırılmış hər litrini 1,20 manata satdığı 4,80 manat məbləğində 04 litr Aİ-92 markalı benzini oğurlamışı əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın olması kifayət qədər təsdiq edildiyindən barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri Məhsəti qəsəbəsini əhatə edən ərazi üzrə Kəpəz RPİ-nin İTB-nin sahə rəisinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə məhkum olunmamış, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 09, mənzil 14-də qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi (MİDA binası) bina 11, mənzil 08-də yaşayan Şəxs 21.09.2021-ci il tarixdən 22.09.2021-ci il tarixə keçən gecə X6 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yarımtikilindən hər metri 1 manat olmaqla 60 metr uzunluğunda cəmi dəyəri 60 manat olan izolyasiyalı suvaqaltı elektrik naqili və hər biri 03 manat olmaqla 10 ədəd cəmi 30 manat dəyərində elektrik açarlarını oğurlaması əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın olması kifayət qədər təsdiq edildiyindən barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri Məhsəti qəsəbəsini əhatə edən ərazi üzrə Kəpəz RPİ-nin İTB-nin sahə rəisinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibаti qаydаdа tutmа hаqqındа” 22.09.2021-ci il tarixli prоtоkоldаn görünür ki, Şəxs 22.09.2021-ci il tarixdə, saat 23:00-da inzibаti qаydаdа tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* və MN ******* nömrəli inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İşdə materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 3(044)-609/2021 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.2.3-cü və 234.1-ci maddələri ilə cinayət işi üzrə ibtidai istintaqı aparılan zaman yenidən xırda talama inzibati xəta törətməsini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran hal kimi isə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.2-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, barəsində tərtib olunmuş MN ******* saylı, 24.09.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə və MN ******* saylı, 24.09.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə inzibati tənbeh növündə həbs edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən təyin edilmiş tənbehlər tam toplanılmaqla, ona qəti olaraq inzibati həbs növündə tənbeh təyin edilməli, inzibati həbsə alınmanın əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 22 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş MN ******* saylı, 24.09.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 24.09.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə inzibati tənbeh növündə həbs edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən təyin edilmiş tənbehlər tam toplanılmaqla, ona qəti olaraq 2 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu 22 sentyabr 2021-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X8 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-638/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-638/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver