Məhkəmə qərarları › İş №3(043)-642/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-642/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-642/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş, «Gəncə-Quşçuluq» ATSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i m: Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən hüquqi şəxs «Gəncə-Quşçuluq» ATSC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 18.09.2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, «Gəncə-Quşçuluq» ATSC tərəfindən 20.06.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində bu günə qədər məlumat təqdim etməmişdir. Bununla da, «Gəncə-Quşçuluq» ATSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Gəncə-Quşçuluq» ATSC-nin (VÖEN:**********) vergi məlumatlarından görünür ki, «Gəncə-Quşçuluq» ATSC-nin hüquqi ünvanı AZ5117, Samux rayonu, Qaraağaclı qəsəbəsində yerləşir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin ona ünvanlanmış sorğuya qanunla müəyyən edilmiş müddət ərzində cavab verməməsi hərəkətsizlikdə ifadə olunduğundan və hüquqi şəxs sorğuya yerləşdiyi ünvanda cavab verməli olduğundan İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında törədilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Odur ki, məhkəmə hesab edir ki, «Gəncə-Quşçuluq» ATSC-nin hüquqi ünvanı Samux rayonu, Qaraağaclı qəsəbəsi olması müəyyən edildiyindən, hazırkı Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Samux Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Buna görə də Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş material aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 110,112, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: «Gəncə-Quşçuluq» ATSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar