Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-647/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxs X7 Xidməti Gəncə regional X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Fərdi sahibkar Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Fərdi sahibkar Şəxs barəsində Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında yerləşən anbarda 17.09.2021-ci il tarixdə 16:20 radələrində planlı YTM zamanı Şəxs tərəfindən şərait yaradılmamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, 17.09.2021ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin «Çıxarışı»na əsasən 30.08.2021-ci il tarixli 3051 nömrəli qərarın icra intizamının yoxlanması və planlı yanğın texniki müayinə keçirilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən anbarda olarkən tərəflərindən yoxlama aparılması məqsədi ilə sahibkar Şəxs tərəfindən yoxlama prosesinə aid sənədlər təqdim edilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan obyektdə baxış keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar Şəxs izahatında göstərdi ki, yanğın təhlükəsizliyinin əməkdaşları ona yaxınlaşmış və anbarı yoxlamaq istədiklərini bildirmişlər. Belə ki, ona məxsus olan ********** VÖEN-lə 2021-ci il üzrə fəaliyyətini dayandırmışdır və o, bu barədə yanğın təhlükəsizliyinin əməkdaşlarına şifahi və yazılı bildiriş verməsinə baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 602.4.-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs ünvanlanmış 13.10.2021-ci il tarixli məktubdan görünür ki, elektron uçot-məlumat bazasına və şəxsi-hesab vərəqəsi (ŞHV) məlumatlarına əsasən ********** VÖEN-lə vergi orqanına 2021- ci il üzrə hər hansı bəyannamə təqdim edilməmişdir. Gəncə regional X5 İdarəsinin rəis müavini X2 tərəfindən qəbul olunmuş yanğıntexniki müayinənin aparılması haqqında 3051 nömrəli qərardan görünür ki, ********** VÖEN-lə fəaliyət göstərən Şəxs məxsus ünvan 1 ünvanında yerləşən anbarda yanğın texniki müayinə aparılması qərara alınmışdır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar X4 ********** VÖEN-lə 2021-ci il üzrə fəaliyyət göstərmədiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati materialı tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, fərdi sahibkar Şəxs barəsində İXM-in 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Fərdi sahibkar Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-647/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-647/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver