Məhkəmə qərarları › İş №3(043)-648/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-648/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-648/2021 18.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi “Azəralüminium” Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 11000-1330/21 nömrəli, 23.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Prosedurları və Ödəniştəri Şöbəsindən daxil olmuş 20.09.2021-ci il tarixli 34/012/008242 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından 06JUS62 nömrə nişanlı yük nəqliyyat vasitəsində Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan keçməklə gələn “MAN TGM 18.290 4X4 BB X7 Banlı KAMYON” yükü **********0877 saylı 20.09.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının ünvanına 06JUS62 nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan “MAN TGM 18.290 4X4 BB X7 Banlı KAMYON” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan birlik tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 22.09.2021-ci il tarixdə, 11000-0492/21 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi X2 idxal olunan “MAN TGM 18.290 4X4 BB X7 Banlı KAMYON” yükünə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbinin Türkiyə Respublikasında yerləşən şirkətin yükün oradan çıxmasını və yükə dair məlumatların vaxtında bildirməməsi ilə bağlı olduğunu bildirmiş, eyni zamanda inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Nəticədə “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 ifadə verərək bildirdi ki, Türkiyə Respublikasında yerləşən şirkət yükün oradan çıxmasını və yükə dair məlumatları onlara vaxtında bildirməmiş, bu səbəbdən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Gömrük qaydalarının pozulmasını etiraf edir. Odur ki, qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə də işə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 17.07.2021-ci il tarixli raportdan görünür ki, ““Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının ünvanına gələn 18.09.2021-ci il tarixdə 06JUS62 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş “Yük Avtomobil" (Barkodu: **********10067) gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının ünvanına Türkiyə Respublikasından 06JUS62 qeydiyyat nömrəli nəqliyyat vasitəsində “MAN TGM 18.290 4X4 BB X7 Banlı KAMYON” yükü 20.09.2021-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan təyinatı üzrə Gəncə səhərinə Qərb Ərazi Bas Gömrük İdarəsinə daxil olmuş və 17.07.2021-ci il tarixdə **********0877 saylı gömrük bəyannaməsi tərtib edilərək Gəncə şəhərində gömrük orqanına təqdim edilmişdir. “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının ünvanına 06JUS62 qeydiyyat nömrəli nəqliyyat vasitəsində daxil olmuş “MAN TGM 18.290 4X4 BB X7 Banlı KAMYON” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron Qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar