Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-651/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb Ərazi Baş Gömrük İdarəsində 11000-1333/21 nömrəli 23.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 20.09.2021-ci il tarixli 34/012/008243 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından 06OK81 nömrə nişanlı yük nəqliyyat vasitəsində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “MAN TGM 18.290 4X4 BB X3 Banlı KAMYON” yükü **********0965 saylı 20.09.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına 06JUS62 nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan “MAN TGM 18.290 4X4 BB X3 Banlı KAMYON” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan Birlik tərəfindən bu təmin olunmamış və bununlada gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 22.09.2021-ci il tarixdə, 11000-1333/21 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi X1 idxal olunan “MAN TGM 18.290 4X4 BB X3 Banlı KAMYON” yükünə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbinin Türkiyə Respublikasında yerləşən şirkətin yükün oradan çıxmasını və yükə dair məlumatların vaxtında bildirməməsi ilə bağlı olduğunu bildirmiş, eyni zamanda inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin və «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********0965 saylı, 20.09.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialınin ünvanına Türkiyə Respublikasından “MAN TGM 18.290 4X4 BB X3 Banlı KAMYON” yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi inzibati araşdırma zamanı verdiyi izahatında hüquqi şəxsin ünvanına gələn yükə dair gömrük bəyannaməsinin təqdim edildiyini, lakin yük gömrük orqanına gəlməmişdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin təqdim edilməməsini, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 485.2-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-651/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-651/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver