Məhkəmə qərarları › İş №3(043)-655/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-655/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-655/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Samux rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Gəncə şəhəri Kəpəz rayon məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, protokolda Şəxs ona tətbiq edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyi göstərilmişdir. İnzibati xəta haqqında protokola Şəxs İXM-in 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01.06.2021-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokol əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xətahadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibatiməsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olandigər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyənedilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətliolan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlarsayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusitexniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yaradır. Göründüyü kimi İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti kimi qanuni qüvvəyə minmiş qərarın icra edilməməsi göstərilmişdir. İnzibati xəta haqqında qərarın qanuni qüvvəyə minməsi üçün həmin qərarın İXM-nin 125.2.2 və ya 125.2.3cü maddələrində nəzərdə tutulmuş qaydada verilməsini və həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərardan şikayət verilməmiş olmasını təsdiq edən sübutlar təqdim olunmalıdır. Bu sübutlar eyni zamanda inzibati xətanın törədildiyi vaxtın müəyyən edilməsi üçün də zəruridir ki, bu vaxtın müəyyən edilməsi İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddətinin keçib-keçməməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnzibati işin baxılmağa hazırlanması zamanı təqdim edilən materialların natamam olduğu müəyyən edilmişdir. Belə ki, protokola inzibati xətanın törədilməsini təsdiq edən sənəd kimi İXP ******* saylı protokol əlavə edilmişdir. Şəxs barəsində bu protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdirsə, bu qərarın surətinin, eləcə də həmin qərarın Azərbaycan Respublikası İXM-in 125 və 127-ci maddələrinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsini və onun məlumatlandırılmasını təsdiq edən sübutların protokola əlavə edilmədiyi müəyyən edilmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə olan inzibati material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Samux rayon Polis şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Samux rayon polis şöbəsinə geri qaytarılsın. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar