Məhkəmə qərarları › İş №3(043)-67/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-67/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-67/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 regional reklam idarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X6 regional reklam idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X6 regional reklam idarəsinin böyük müfəttişi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 24.12.2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 3(043)-67/2021 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 25.02.2021-ci il tarixli, 3(104)-87/2021 nömrəli qərarına əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 3(043)-67/2021 nömrəli qərarı ləğv edilib yenidən baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək göstərdi ki, Gəncə şəhəri, Adil İsgəndərov küçəsi ünvanında yerləşən “Röya Market” obyektinin sahibkarı Şəxs 24.12.2020-ci il tarixdə saat 11:05 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmiş, nəticədə İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, dünyada yayılan covid-19 pandemiyası ilə əlaqədar demək olar ki, fəaliyyət göstərməmişdir. Habelə ikinci vətən müharibəsi müharibə ilə əlaqədar olaraq Gəncə şəhərinə raket atılan zaman marketə zərər dəymiş, şüşələri sınmışdır. 01.05.2020ci il tarixli fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət edərək maliyyə yardımından yararlanmışdır. Yazılı göstərişə əməl etməmsi fəaliyyət göstərməmsi ilə bağlı olduğundan əməlində inzibati xəta olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş 07.12.2020-ci il tarixli, 244 nömrəli aktdan görünür ki, ADRA Gəncə regional reklam idarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs ünvan 1ndə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 19.12.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, fasadda 1,30 m x 0,80 m 3,90 m x 0,68 m , 0,60 m x 1 m, 4,20 m x 0,70 m ölçüdə reklam yayımladığı aşkar edilmişdir. 07.12.2020-ci il tarixli, 372 nömrəli yazılı bildirişdən görünür ki, ADRA Gəncə regional reklam idarəsi tərəfindən sahibkar Şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədlərinin alınması və icazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati cərimə tətbiq ediləcəyi bildirilmişdir. 24.12.2020-ci il tarixli, 322 nömrəli aktdan görünür ki, ADRA Gəncə regional reklam idarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs 07.12.2020-ci il tarixli, 372 nömrəli icrası məcburi olan yazılı göstərişin tələblərini yerinə yetirməyərək ünvan 1ndə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 19.12.2017- ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, fasadda ümumi ölçüsü 9,31 m reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. ADRA Gəncə regional reklam idarəsinin əməkdaşları tərəfindən imzalanmış 24.12.2020-ci il tarixli, 323 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs 24.12.2020-ci il tarixdə inzibati protokol tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. 24.12.2020-ci il tarixli , MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24.12.2020-ci il tarixdə saat 11:05 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.04.2021-ci il tarixli məktubundan görünür ki, Şəxs 01.05.2020-ci il tarixli **********164100 nömrəli fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət edərərk maliyyə yardımından yararlanmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yazılı göstərişi vaxtında və tam yerinə yetirməməsi həmin dövrdə Covid-19 pandemiyası ilə əlaqədar fəaliyyətinin dayanması, habelə ikinci vətən müharibəsi ilə əlaqədar Gəncə şəhərinə ermənilər tərəfindən atılan raket nəticəsində ona dəymiş zərərlə bağlı olduğu üçün onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar