Məhkəmə qərarları › İş №3(043)-670/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-670/2021

02.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-670/2021 02.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 02 oktyabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X4 tərəfindən tərtib olunmuş 02 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20.09.2021-ci il tarixdən saat 19:49-dan 21.09.2021-ci il 12:29-dək ünvan 1-də yaşayan vətəndaş 055 985-10-00 nömrəli telefonla 102 xidmətinə zəng edərək, xidmətin iş fəaliyyətini pozmuş və xidmət əməkdaşlarını söyüb təhqir etmişdir. Onu araşdırma ilə bağlı İdarəyə dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamış və ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X4 izahatında göstərdi ki, Şəxs 20.09.2021-ci il tarixdən saat 19:49-dan 21.09.2021-ci il 12:29-dək ünvan 1-də yaşayan vətəndaş 055 985-10-00 nömrəli telefonla 102 xidmətinə dəfələrlə zəng edərək, xidmətin iş fəaliyyətini pozmuş və xidmət əməkdaşlarını söyüb təhqir etmişdir. Bundan sonra hadisənin araşdırılması üçün onu Kəpəz Rayon Polis İdarəsinə dəvət etmək üçün getmiş polis əməkdaşı X1 söyüb təhqir etmiş, onu nizamintizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ünvan 1 ünvanda tək yaşayır. Həyətdə kiçik təsərrüfatı var və toyuq-cücə saxlayır. 20.09.2021-ci il tarixdə spirti içki qəbul etdikdən sonra toyuqcücələrinin xeyli qisminin xəstələnib tələf olmasına əsəbiləşib sərxoş vəziyyətdə istifadəsində olan 055 985-10-00 nömrəli telefonla Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etmiş və müxtəlif nalayiq ifadələr işlətmişdir. Həmin vaxt sərxoş olduğu üçün konkret hansı ifadələri işlətməsini xatırlamır. Bundan sonra 02 oktyabr 2021-ci il tarixdə polis əməkdaşı X5 onun yaşadığı evin qarşısına gəlib onu çağırmış və baş vermiş hadisə ilə əlaqədar Kəpəz RPİ-yə getməli olduqlarını bildirmişdir. O, həmin gün də əsəbi olduğu üçün polis əməkdaşı ilə də kobud danışmış və nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı onu sakitləşdirməyə çalışsa da öz hərəkətlərinə nəzarət edə bilmədiyi üçün onun göstərişlərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz RPİ-nin postpatrul xidmətinin manqa komandiri, polis serjantı X5 ifadə verərək bildirdi ki, o, 02.102.2021-ci il tarixdə ərazidə xidmətdə olan zaman İdarədən ona zəng vurub Şəxs Nəsib oğlu adlı şəxsin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq xidmətin fəaliyyətini pozduğu və nalayiq ifadələr işlətdiyi üçün araşdırma aparılması məqsədilə həmin şəxsi idarəyə gətirməsi tapşırılmışdır. O, ünvan 1 ünvana getmiş və Şəxs çağıraraq idarəyə dəvət edən zaman Şəxs yenidən polisin ünvanına nalayiq ifadələr işlətmiş, onu dəfələrə nizam-intizama dəvət etsə də polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan 1187/2021 saylı sərxoşluq müayinəsi protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidin ifadəsi ilə sübuta yetirilir. Şəxs sərxoş vəziyyətdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng vuraraq nalayiq ifadələr işlətmiş, xidmətin iş rejimini pozmuşdur. Daha sonra onu polis idarəsinə dəvət edən polis əməkdaşına ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafedici ifadəsi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanın sərxoş halda törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 1 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 02 oktyabr 2021-ci il saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar