Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-676/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarlar X4 və X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 bildirdi ki, 10 mart 2016-cı il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-258/2016 nömrəli, 27 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 07 dekabr 2015-ci il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. 05 iyul 2019-cu il tarixli qərarla icraata başlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1292/2019 nömrəli. 19.02.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. İcra sənədlərinin icrasının təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs Nuranə Mustafayevaya aliment borcu cəmi 6910 (altı min doqquz yüz on) manat təşkil edir. Şəxs Zöhrə Kazımovaya aliment borcu cəmi 6160 (altı min yüz altmış) manat təşkil edir. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xatanı törətmişdir. Əlavə olaraq bildirdi ki, borclunun avtomobili və ya öz adına evi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında bildirdi ki, hər iki icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişi və xəbərdarlığı almış, heç bir xəstəliyi və əlilliyi yoxdur. “COVİD-19” virusunə görə yaranmış pandemiyadan əvvəl usta yanında işləyərək qazanc əldə etmişdir. Maddi imkanı və işi olmadığından aliment öhdəliyini yerinə yetirə bilməmişdir. X1 və X2 dəfə aliment məbləğindən nə vaxt ödəniş etməsi yadında deyil. Məhkəmə tərəfindən 10-15 gün vaxt verilsə aliment borcundan hər iki tələbkara 150 manat pul verə bilər. Odur ki, məhkəmədən ödəniş edə bilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 ifadə verərək bildirdi ki, borclu Şəxs 6900 manat məbləğində aliment borcu vardır. 2019-cu ilin iyun ayında indiyədək aliment pulundan ona heç bir ödəniş etməmişdir. Sonuncu dəfə 2019-cu ilin iyun ayında 100 manat ödəniş etmişdir. Borclu ilə birgə nikahların iki uşaqları doğulmuşdur. O, borclunun atasına zəng etmişdir ki, aliment borcunu ödəsin. Uzun müddət borclu barəsində axtarış qərarı olmasına baxmayaraq tapılmamışdır. O, borclu Şəxs bazarda görmüş və dərhal Daxili İşlər Nazirliyinin 102 nömrəli qaynar xəttinə zəng edərək məlumat vermişdir. Odur ki, qanun tələblərinə uyğun olaraq borcu barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X9 ifadə verərək bildirdi ki, borclu Şəxs ona 6160 manat məbləğində aliment borcu vardır. 2018-ci ildən indiyədək aliment pulundan ona heç bir ödəniş etməmişdir. Onun borclu ilə nikahlarından bir uşaqları doğulmuşdur. Borclu narkotik aludəçisi olmuşdur. Evə içkili gəlmişdir. Borclu demişdir ki, uşağı görmək istəyir, lakin içkili olub səs-küy saldığı üçün Daxili İşlər Nazirliyinin 102 nömrəli qaynar xəttinə zəng edərək məlumat vermişdir. Hazırda aliment borcunun ödənilməsini, ödəməyəcəyi təqdirdə isə həbs edilməsini istəyir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədləri üzrə 13070 (on üç min yetmiş) manat aliment borcu yaranmış, sonuncu dəfə icra sənədi üzrə 2019-cu ilin iyun ayında ödəniş etmiş və məhkəmə aktlarının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarları dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, 10 mart 2016-cı il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-258/2016 nömrəli, 27 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 07 dekabr 2015-ci il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. 05 iyul 2019-cu il tarixli qərarla icraata başlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1292/2019 nömrəli. 19.02.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. İcra sənədlərinin icrasının təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs Nuranə Mustafayevaya aliment borcu cəmi 6910 (altı min doqquz yüz on) manat təşkil edir. Şəxs Zöhrə Kazımovaya aliment borcu cəmi 6160 (altı min yüz altmış) manat təşkil edir. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Yığılmış borcunun məbləğindən məlum olur ki, borclu tərəfindən uzun müddətdə aliment məbləğini icra sənədlərində göstərilən qaydada icra edilməmiş və bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə razılaşmamış və özünün istəyinə uyğun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Belə ki, iş materiallarından görünür ki, həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarların ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədlərinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 04 oktyabr 2021-ci il tаrixdən, saat 17:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 04 oktyabr 2021-ci il tаrixdən, saat 17:50-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X13 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-676/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-676/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver