Məhkəmə qərarları › İş №3(043)-680/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-680/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-680/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Kəlbəcər Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən, Kəlbəcər rayonu, Abdullauşağı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-un təcrübə tarlasının ərazisində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs, idarə etdiyi Mercedes Benz E-230 minik markalı, **-BC-*** qeydiyyat nömrə nişanlı avtomobillə 19 avqust 2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olarkən «Dəyirmanın dairəsi» yaxınlığında “X2" Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməyib yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyyatsızlıqdan vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşaiyət olunan ənsə nahiyəsinin hematoması, sağ said nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərindən peşman olduğunu bildirərək göstərdi ki,19.08.2021-ci il tarixdə idarə etdiyi “Mercedes-Benz” minik markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə «Dəyirman dairəsi» adlanan ərazidə hərəkətdə olarkən htiyatsızlıqdan piyadanı vurmuş və dərhal piyadanı Gəncə şəhər Mərkəzi klinikasına apararaq müayinəsini və müalicəsini etdirərək piyadaya dəyən zərəri ödəmişdir. Barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26.08.2021-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş 31.08.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş ”Məhkəmə-Tibbi Ekspertiza və X1” tərəfindən verilmiş 19.08.2021-ci il tarixli 1419 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər 19.08.2021-ci il tarixə uyğun gəlir və “Yüngül” zərərvurmaya aid edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi məqsədi ilə barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1966-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Kəlbəcər Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən, Kəlbəcər rayonu, Abdullauşağı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-un təcrübə tarlasının ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar