Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-688/2020 08.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Tərtər rayonu, Qarağacı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncəşəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi baş leytenant X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılmasıüçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi VAZ 2107 markalı** HD *** qeydiyyat nömrə nişanlı, avtomobillə komendant saatı vaxtında Gəncəşəhərində stasionar polis postunda polisin “saxla” göstərişinə tabe olmamış və avtomobili polisin üzərinə sürmüş ,polisin tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə hərbi vəziyyət iləəlaqədar olaraq Gəncəşəhərinə ailəsini həyat yoldaşının qohumları evinə gətirmişdir. Sürücülük vəsiqəsi olmadığıüçün polisin “saxla” tələbinə riayət etməmiş və avtomobili saxlamamışdır. O, komendant saatını pozmaqla avtomobili saxlamamışdır.Ancaq avtomobili polislərin üzərinə sürməmiş, geri qayıtmaq istəmişdir. Əməlindən peşman olduğunu bildirib bir daha beləhallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:44-də inzibati qaydada tutulmuşdur. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi VAZ 2107 markalı** HD *** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən komendant saatını pozmuşGəncəşəhərində stasionar polis postunda polisin “saxla” göstərişinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan RespublikasıİXM-in 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi işüzrə toplanmış sübutlarla yanaşıözünün ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehəəlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmişŞəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 oktyabr 2020-ci il tarixi, saat 21:44-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinəşikayət verilə bilər
Məhkəmə qərarları › İş №3(043)-688/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-688/2020
08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver