Məhkəmə qərarları › İş №3(043)-690/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-690/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-690/2020 09.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 11000-1408/20 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən İsmayıllı rayonunun İvanovka kəndində yerləşən anbarında saxlanc müddətlərinə və şərtlərinə riayət etməməklə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə, inzibati məsuliyyətə səbəb olan əməl hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Həmin Məcəllənin 496.1-ci maddəsində isə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs tərəfindən riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İXM-in 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta fiziki şəxsin, vəzifəli şəxsin və ya hüquqi şəxsin hərəkətsizliyi ilə törədilən inzibati xətalardan biridir. Məhkəmə hesab edir ki, əgər inzibati xəta hüquqi şəxsin hərəkətsizliyi ilə törədilirsə, bu halda inzibati xətanın törədilmə yeri hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi yer sayılır. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 ünvanında yerləşir. Belə olan halda bu inzibati xətanın törədilmə yeri Gəncə şəhəri Nizami rayonu hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar