Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-691/2020 09.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i m: Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli № 11000-1431/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen **********) QSC-nin ünvanına Almaniyadan 61ACT718/ACM720 nömrə nişanlı nəqliyyat vasitəsində “Qirmizi körpü” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə səhəri, X2 Gömrük İdarəsinə göndərilmiş “Plastmas Lentlər və X1“ yüklərinə dair **********7948 savlı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək Şəxs QSC tərəfindən gömrük orqanına təqdim edilmişdir. **********7948 sayl gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı Gəncə səhəri QƏBGİ-də aşkar olundu ki, Şəxs QSC idxal etdiyi yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elekton formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Verigi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin hüquqi ünvanı ünvan 2 Qısa idxal bəyannaməsinin verilməməsi hərəkətsizlikdə ifadə olunduğundan və hüquqi şəxs öz fəaliyyətini yerləşdiyi ünvanda həyata keçirdiyindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında törədilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 114-cü maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(043)-691/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-691/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver