Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-692/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı inzibati ilə, xx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X6 Törəmə ASC-də nasos qurğularının maşinisti vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq-təhqiqat idarəsi Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 10000-0022/20 saylı, xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəxs az miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli saxlanc yerlərindən və malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edib, gizlətməklə keçirmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X5 Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2020 ci il tarixdə saat 17:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi “Volkswagen Crafter minik” markalı 20DN208 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı, şübhəli məqamlar yarandığı üçün nəqliyyat vasitəsi X-ray yoxlamasına göndərilmişdir. Rentgen qurğusunda nəqliyyat vasitəsinə baxış keçirildikdən sonra, nəqliyyat vasitəsi yoxlanılmışdır. Yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərikinin arxasındakı hava filtirinin içərisindən, ön oturacaqların arasındakı oturacaq verinin altından, salonun tavan hissəsindəki yük verlərinin altındakı boşluğlardan gömrük nəzarətindən gizlədilmiş, 2 ədəd “Hermann HR **********9” markalı su nasosunun stuseri. 10 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “**********7” kodlu injektor ehtiyyat hissəsi, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “İNA 531015610” markalı gərginlik çarxı, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “ Continental 9455978-01” markalı su nasosu, 1 ədəd Land Rover markalı nəqliyyat vasitələri üçün “Cenme LR 002905" markalı samir, 1 ədəd “PAMXD 6-GF50-031410” markalı sestirna, 1 ədəd “PA66-CF30 031410” markalı şestirna, 1 ədəd “BAX7 10-18.3-4” kodlu manjet, 1 ədəd üzərində “16377 1130 034 017, 054642B42” yazısı əks olunmuş ehtiyyat hissəsi aşkar edilməsi faktı ilə bağlı X1 inzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməsinə dair 01400-0621/20 saylı inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İş üzrə xx.xx.2020-ci il tarixli, 09/668 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş hüquqpozma predmeti olan ehtiyyat hissələrinin ümumilikdə bazar dəyərinin 8099,0 (səkkiz min doxsan doqquz) manat təşkil etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə toplanmış materiallar xx.xx.2020-ci il tarixli, 1700-013/0xx-xx/001600 nömrəli məktubla aidiyyəti üzrə Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş idarəsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 34/012/003962 nömrəli xidməti qeydə əsasən 2 ədəd “Flermann FİR **********9’’ markalı su nasosunun ştuseri, 10 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “**********7” kodlu injektor ehtiyyat hissəsi, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “İNA 531015610” markalı gərginlik çarxı, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “ Continental 9455978-01” markalı su nasosu, 1 ədəd Land Rover markalı nəqliyyat vasitələri üçün “Cenme LR 002905’’ markalı şarnir, 1ədəd “PAMXD” 6-GF50-031410” markalı şestirna, 1 ədəd “PA66-CF30 031410" markalı şestirna, 1 ədəd “BAX7 10-18.3- 4” kodlu manjet, 1 ədəd üzərində “16377 1130 034 017, 054642B42” yazısı əks olunmuş ehtiyyat hissəsi sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi təqdirdə cəmi ödənilməli olan gömrük ödənişlərinin məbləği 2121,68 (iki min yüz iyirmi bir manat altmış səkkiz qəpik) təşkil etdiyi müəyyən edilmişdir. Göstərilən ehtiyyat hissələri saxlanca verilməsi üçün 1700-013/0xx-xx/001598 saylı xx.xx.2020-ci il tarixli məktubla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinə təhvil verilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, 2 ildir ki Gəncə-Moskva marşrutu ilə özünə məxsus “Volksvagen Crafter” markalı ** DN *** nömrə nişanlı mikroavtobus ilə sərnişin daşımaqla məşğul olur. Hərdən özü ilə əlavə sürücü də aparır. xx.xx.2020-ci il tarixdə o sərnişin toplayaraq Gəncədən Moskva səhərinə getmiş, şəxsi isləri olduğu üçün həmyerlisi Nicatı əlavə sürücü kimi özü ilə aparmışdır. Moskvada olan zaman adını bilmədiyi kafedə tanış olduğu Azərbaycanlının ona ucuz qiymətə ehtiyyat hissələri olduğunu demiş, o da öz növbəsində həmin ehtiyyat hissələrini alıb gətirib Azərbaycanda sataraq qazanc əldə edəcəyini, xx.xx.2020-ci il tarixdə gecə saatlarında “Fudsity” adlı bazarın dayanacağında saxladığı özünə məxsus “Volksvagen Crafter” markalı ** DN *** nömrə nişanlı mikroavtobusda həmin ehtiyyat hissələrini müxtəlif yerlərdə gizlətmiş, bu barədə Nicata heçnə deməmişdir, xx.xx.2020-ci il tarixdə Nicatı yola salmışdır. xx.xx.2020-ci il tarixdə Nicatın ona zəng vuraraq avtomobildə ehtiyyat hissələrinin gizlədildiyini, onun da öz növbəsində ehtiyyat hissələrini onun gizlətdiyini, ona məxsus olduğunu, ehtiyyat hissələrini gömrük rüsumundan yayınmaq olduğunu qeyd etmişdir. İlk dəfə olmuşdur ki, gizli olaraq zabkast gətirmişdir. Hazırda etdiyi əməlindən səmimi peşimandır. Məhkəmədən ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq cərimə növündə tənbeh edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Belə ki, iş matreriallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 2 ədəd “Flermann HR **********9” markalı su nasosunun stuseri, 10 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “**********7” kodlu injektor ehtiyyat hissəsi, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “İNA 531015610” markalı gərginlik çarxı, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “ Continental 9455978-01” markalı su nasosu, 1 ədəd Land Rover markalı nəqliyyat vasitələri üçün “Cenme LR 002905” markalı sarnir, 1 ədəd “PAMXD 6-GF50-031410” markalı sestirna, 1 ədəd “PA66-CF30 031410” markalı şestirna, 1 ədəd “BAX7 10-18.3-4” kodlu manjet, 1 ədəd üzərində “16377 1130 034 017, 054642B42” yazısı əks olunmuş ehtiyyat hissəsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/668 saylı rəyindən görünür ki, 2 ədəd “Hermann HR **********9” markalı su nasosunun ştuseri, 10 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “**********7” kodlu injektor ehtiyat hissəsi, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “İNA 531015610” markalı gərginlik çarxı, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “Continental 9455978-01” markalı su nasosu, 1 ədəd “Land Rover” markalı nəqliyyat vasitələri üçün “Cenme LR 002905” markalı sarnir, 1 ədəd “PAMXD 6-GF50- 031410” markalı şestirna, 1 ədəd “PA66-CF30 031410” markalı şestirna, 1 ədəd “BAX7 10-18.3-4” kodlu manjet, 1 ədəd üzərində “16377 1130 034 017, 054642B42” yazısı əks olunmuş ehtiyat hissələrinin xx.xx.2020-ci il tarixə olan orta bazar qiyməti 8099 manat müəyyən edilmişdir. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında izahatdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan əməli törətməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəxs az miqdarda (8099 manat məbləğində) mallar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli saxlanc yerlərindən və malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edib, gizlətməklə keçirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, 2 ədəd “Hermann HR **********9” markalı su nasosunun ştuseri, 10 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “**********7” kodlu injektor ehtiyat hissəsi, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “İNA 531015610” markalı gərginlik çarxı, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “Continental 9455978-01” markalı su nasosu, 1 ədəd “Land Rover” markalı nəqliyyat vasitələri üçün “Cenme LR 002905” markalı sarnir, 1 ədəd “PAMXD 6-GF50-031410” markalı şestirna, 1 ədəd “PA66-CF30 031410” markalı şestirna, 1 ədəd “BAX7 10-18.3-4” kodlu manjet, 1 ədəd üzərində “16377 1130 034 017, 054642B42” yazısı əks olunmuş ehtiyat hissələrinin xx.xx.2020-ci il tarixə olan orta bazar qiymətinin 8099 (səkkiz min doxsan doqquz) manatın 40 %-i (qırx faiz) miqdarında Şəxs cərimə edilməsi məqsədə müvafiqdir, qeyd edilən əmlaklar sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi, ödənilməli olan gömrük ödənişləri edildiyi təqdirdə sahibinə geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmiş şəxslərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən, maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2 ədəd “Hermann HR **********9” markalı su nasosunun ştuseri, 10 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “**********7” kodlu injektor ehtiyat hissəsi, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “İNA 531015610” markalı gərginlik çarxı, 2 ədəd BMW markalı nəqliyyat vasitələri üçün “Continental 9455978-01” markalı su nasosu, 1 ədəd “Land Rover” markalı nəqliyyat vasitələri üçün “Cenme LR 002905” markalı sarnir, 1 ədəd “PAMXD 6-GF50-031410” markalı şestirna, 1 ədəd “PA66-CF30 031410” markalı şestirna, 1 ədəd “BAX7 10-18.3-4” kodlu manjet, 1 ədəd üzərində “16377 1130 034 017, 054642B42” yazısı əks olunmuş ehtiyat hissələrinin xx.xx.2020-ci il tarixə olan orta bazar qiymətinin 8099 (səkkiz min doxsan doqquz) manatın 40 %-i (qırx faiz) miqdarında, yəni 3239.60 (üç min iki yüz otuz doqquz manat altmış qəpik) manat məbləğində cərimə edilsin. 50 (əlli) manat ekspertiza xərci barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutulub dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesaba ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-692/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-692/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver