Məhkəmə qərarları › İş №3(043)-695/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-695/2021

14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-695/2021 14.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, X1 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması və işin yenidən araşdırılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi ona qarşı haqsız MN ******* saylı qərar çıxartmışdır. Çünki, onun o zaman iş yerindən Azərişıq ASC-n Qərb RETSİ-in rəisi tərəfindən 24.06.2020 ci il tarixdə verilmiş 1/523 nömrəli icazə arayışı mövcud olmuşdur. Lakin, poliş bunu nəzərə almadan onun şəxsiyyət vəsiqəsini istəmiş, gizlin şəklini çəkmiş, ona 6 aydan sonra 2021-ci ilin sentyabr ayında cərimə ilə bağlı Gəncə şəhər Kəpəz rayon Polisdən 29.06.2021 ci il tarixdə 122-27383-1221 nömrəli məktub gələndə başa düşdüşdür ki, ona qarşı haqsızlıq olunub. Xahiş edir ki, bu hal nəzərə alınaraq, Azərbaycan Respubublikası İXM-in 211.1-ci maddəsinə əsasən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin MN ******* saylı haqsız qəbul olunmuş qərar ləğv edilsin. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X3 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əlavə etsə də, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Bununla da X3 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın nə vaxt və hansı səlahiyyətli şəxs tərəfindən tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün mübahisələndirilən qərar rəsmi şəkildə əldə edilməli (şikayətin vaxtında verilib-verilmədiyini müəyyən etmək üçün) və həmin qərar şikayətə mütləq şəkildə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, şikayətə əlavə edilmiş poçt zərfinin üzərində olan möhürlərdən görünür ki, Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsi tərəfindən X2 göndərilmiş poçt zərfi onun tərəfindən 02.09.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin, Ə.Əliyev tərəfindən tərtib edilmiş şikayət ərizəsi isə 14.10.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, həmin poçt zərfinin içərisində Ə.Əliyev barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar olduğu təqdirdə, onun qeyd olunan qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyü müəyyən olunur. Çünki, İXM-in 130.1-ci maddəsinin tələbinə görə bu halda inzibati tənbeh vermə haqqında qərardan şikayət qərarın rəsmi qaydada əldə edildiyi vaxtdan 10 gün müddətində verilə bilər. Əgər Ə.Əliyevə ünvanlanmış poçt zərfinin içərisində mübahisələndirilən qərar deyil, başqa sənəd olmuşdursa, bu halda Ə.Əliyev ilk öncə qərarın rəsmi qaydada ona təqdim edilməsi üçün Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinə müraciət etməli, qərarın surətini rəsmi qaydada aldıqdan sonra isə 10 gün müddətində qərarın surətini əlavə etməklə məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə material natamam olduğundan, şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X1 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar