Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-696/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Gəncəşəhər Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m üə y y ə n e t d im : xx xxxxxxx 2020-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 517-2.1 -ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, protokolda barəsində inzibati xəta haqqında işüzrə icraat ararılan şəxsin ünvanı göstərilməməişdir. Bununla da protokol natamam formada tərtib olunmaqla verilərək işin baxılmasını mümkünsüz etdiyindən məhkəmə hesab edir ki, protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasıbarədə qərardad qəbul edilir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncəşəhər Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana- Gəncəşəhər Kəpəz Rayon Polis İdarəsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №3(043)-696/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-696/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver