Məhkəmə qərarları › İş №3(043)-70/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-70/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-70/2022 09.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs Fəxrəddin Əlisa oğlunun vəkili X10 iştirakı ilə, X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə regional ərazi şöbəsinin rəisi, X6 12.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12.01.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, 21.12.2021-ci il tarixdə Gəncə şəhər prokuroru tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanaraq baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə göndərilmişdir. 12.01.2022-ci il tarixdə mənə gələn sms məlumatından məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 12.01.2022-ci il tarixli MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, inzibati icraatın başlanmasına səbəb "xxxx" MMC ilə X1 arasında əmək müqaviləsinin 14.07.2018-ci il tarixdə bağlanması, sistemə 06.09.2019-cu il tarixdə əlavə edilməsi, X18 ilə 14.07.2018-ci il tarixdə bağlanması, sistemə 12.02.2019-cu il tarixdə əlavə edilməsi, X14 ilə 14.07.2018-ci il tarixdə bağlanması, sistemə 09.09.2019-cu il tarixdə əlavə edilməsi, X11 ilə 04.01.2014-cü il tarixdə bağlanması, sistemə 09.09.2019-cu il tarixdə əlavə edilməsi, X4 ilə 14.07.2018-ci il tarixdə bağlanması, sistemə 06.09.2019-cu il tarixdə əlavə edilməsi, X19 ilə 08.01.2007-ci il tarixdə bağlanması, sistemə 22.06.2020-ci il tarixdə əlavə edilməsi, X15 ilə 12.02.2019-cu il tarixdə bağlanması, sistemə 06.09.2019-cu il tarixdə əlavə edilməsi, X16 ilə 01.08.2012-ci il tarixdə bağlanması, sistemə 09.09.2019-cu il tarixdə əlavə edilməsi, X12 ilə 18.02.2019-cu il tarixdə bağlanması, sistemə 06.09.2019-cu il tarixdə əlavə edilməsidir. Lakin, şəhər prokuroru nəzərə almamışdır ki, sistemə daxil edilməsi tarixi kimi göstərilmiş tarixlər əmək müqaviləsinin bağlanması haqqında bildirişlərin tarixləri deyil, əmək müqaviləsinə dəyişiklik edilməsi haqqından bildirişlərin tarixləridir. "xxxx" MMC ilə X1 arasında əmək müqaviləsinin 14.07.2018-ci i! tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X18 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X14 ilə 14.07.2019-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X11 ilə 04.01.2014-cü il tarixdə bağlanmış, sistemə 16.09.2014-cü il tarixdə əlavə edilmiş, X4 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X19 ilə 08.01.2007-ci il tarixdə bağlanmış, sistemə 09.09.2014-cü il tarixdə əlavə edilmiş, X15 ilə 12.02.2019-cu il tarixdə bağlanmış, sistemə 12.02.2019-cu il tarixdə əlavə edilmiş, X16 ilə 01.08.2012-ci il tarixdə bağlanmış, sistemə 22.09.2014-cü il tarixdə əlavə edilmiş, X12 ilə 18.02.2019-cu il tarixdə bağlanmış, sistemə 18.02.2019-cu il tarixdə əlavə edilmişdir. Həmçinin, diqqətinizə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması itə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Qərar 01.09.2014-cü il tarixdən icra edilməli idi. Həmin qərarın icrası məqsədilə, 01.09.2014-cü il tarixədək olan bütün yazılı əmək müqavilələri real iş rejimində sistemə daxil edilmişdir. Adlan yuxarıda qeyd edilən işçilərdən də X11 ilə 04.01.2014-cü i! tarixdə bağlanmış əmək müqaviləsi sistemə 16.09.2014-cü il tarixdə əlavə edilmiş, X19 ilə 08.01.2007-ci il tarixdə bağlanmış əmək müqaviləsi sistemə 09.09.2014-cü il tarixdə əlavə edilmiş, X16 ilə 01.08.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsi sistemə 22.09.2014-cü il tarixdə əlavə edilmişdir. Göstərilənlərdən də göründüyü kimi tərəfimdən heç bir qanun pozuntusuna yol verilməmişdir. Əsassız və qanunsuz olaraq cərimə edilmişdir. Nəzərə alınmamışdır ki, araşdırma zamanı təqdim edilmiş sənədlər əmək müqaviləsi bağlanması haqqında bildirişlər deyildir. Onlar Əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında bildirişlərdir. 2019-cu ildə də 01.09.2019-cu il tarixdən qüvvədə olan Ölkə Başçısının minimum əmək haqqının artırılması ilə bağlı Sərəncamın icrasının təmin edilməsi məqsədi itə bildirişlərə müvafiq dəyişiklər edilmişdir. Diqqət yetirilsə görünər ki, həmin bildirişlərin hamısında sistemə daxil edilmə tarixi 2019-cu ilin sentyabr ayı göstərilir. Bu da göstərilən Sərəncamın icrası məqsədi ilə edilmiş dəyişiklərin tarixi olduğunu sübut edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Fəxrəddin Əlisa oğlunun müdafiəçisi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) X21 şikayətdə göstərilən xüsusatlara oxşar ifadə verərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12.01.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə regional ərazi şöbəsinin rəisi, X6 12.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə regional ərazi şöbəsinin rəisi, X6 12.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən FƏ.Baxışov tərəfindən X.Abdullayeva, C.Zeynalov və digərləri "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. X7 tərəfindən məhkəməyə təqdim olunmuş “Əmək müqavilələrinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC ilə X2 arasında əmək müqaviləsi 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X18 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X14 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X11 ilə 04.01.2014-cü il tarixdə bağlanmış, sistemə 16.09.2014-cü il tarixdə əlavə edilmiş, X4 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X19 ilə 08.01.2007-ci il tarixdə bağlanmış, sistemə 09.09.2014-cü il tarixdə əlavə edilmiş, X15 ilə 12.02.2019-cu il tarixdə bağlanmış, sistemə 12.02.2019-cu il tarixdə əlavə edilmiş, X16 ilə 01.08.2012-ci il tarixdə bağlanmış, sistemə 22.09.2014-cü il tarixdə əlavə edilmiş, X12 ilə 18.02.2019-cu il tarixdə bağlanmış, sistemə 18.02.2019-cu il tarixdə əlavə edilmişdir. Prokuror tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, həmin bildirişlər əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişlər deyil, əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı bildirişlərdir və bildirişlərdə göstərilən sistemə daxil edilmə tarixləri də əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilmə tarixləridir. Başqa sözlə, "xxxx" MMC və onun sabiq baş direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqında iş üzrə icraata, MMC-də işləyən adları qeyd edilən işçilərin əmək müqavilələrinin bağlanması bildirişlərinin sistemə daxil edilmə tarixləri deyil, həmin əmək müqavilələrinə dəyişiklik edilməsi haqqında bildirişlərin sistemə daxil edilmə tarixləri əsas götürülərək başlanılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 05.02.2014-cü il tarixdən qüvvədə olan Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Qərar 01.09.2014-cü il tarixdən icra edilməli idi. Qeyd edilən qərarın icra müddəti başlanıldıqdan sonra, "xxxx" MMC tərəfindən 01.09.2014-cü il tarixədək olan bütün yazılı əmək müqavilələri sistemə daxil edilmişdir. Belə ki, adları yuxarıda qeyd edilən işçilərdən X11 ilə 04.01.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsi sistemə 16.09.2014-cü il tarixdə əlavə edilmiş, X19 ilə 08.01.2007-ci il tarixdə bağlanmış əmək müqaviləsi sistemə 09.09.2014-cü il tarixdə əlavə edilmiş, X16 ilə 01.08.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsi sistemə 22.09.2014-cü il tarixdə əlavə edilmişdir. Qərarda adları sadalan digər işçilərlə bağlanmış əmək müqavilələri isə məhz əmək müqavilələrinin bağlandığı tarixlərdə əmək müqaviləsi bildirişləri sistemə daxil edilmişdir. Görünüyü kimi, 2014-cü ildə Əmək qanunvericiliyinə dəyişikliklər edildikdən sonra "xxxx" MMC-də işləyən adları qərarda göstərilən şəxslərin heç biri əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməmiş, onların əmək müqavilələri qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sistemə daxil edilmişdir. "xxxx" MMC tərəfindən ona isnad olunan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə regional ərazi şöbəsinin rəisi, X6 12.01.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli və "xxxx" MMC-nin sabiq baş direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilsin. "xxxx" MMC-nin sabiq baş direktoru X3 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə regional ərazi şöbəsinin rəisi, X17 tərəfindən qəbul edilən 12.01.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar