Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-71/2022 09.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər DYPŞ inspektoru, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 24.01.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 16.12.2021-ci il tarixdə saat 13 radələrində sürücü xx.xx.1976-cı itdə Ermənistan Respublikasında anadan olmuş, AR-sı vətəndaşı, Gəncə şəhəri, Çaparidze küçəsi 7-ci döngə ev 11-də yaşayan Şəxs, ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla, özünə məxsus idarə etdiyi VAZ 21154" minik markalı ** DH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, X14 küçəsində hərəkətdə olarkən idarə etdiyi avtomobillə nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirərək sürücü-17.08.2007ci ildə Gəncə şəhərində anadan olmuş, AR-sı vətəndaşı, Gəncə şəhəri, E.Budaqov küçəsi ev 15-də yaşayan X1 idarə etdiyi "ZAZA" markalı mopedin hərəkət yoluna çıxması nəticəsində nəqliyyat vasitələri toqquşmuş, nəticədə "ZAZA" minik markalı mopedin sürücüsü X1 YÜNGÜL dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin və nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyədək icraat dövründə barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Onun 2016-cı ildə aldığı BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. "VAZ 21154" minik markalı ** DH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil özünə məxsusdur.16.12.2021-ci il tarixdə o idarə etdiyi "VAZ 21154" minik markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri X14 küçəsində hərəkət yolunun əks istiqamətində həmin küçədə yerləşən ərzaq mağazasının qarşısında avtomobilini saxlamışdır. Ərzaq mağazasından çıxdıqdan sonra avtomobilinə əyləşib yolun əks istiqamətinə doğru hərəkət etmişdir. Avtomobilini hərəkət etdirdikdə avtomobilinin surəti 3-5 km/ saat olmuşdur. Hərəkət etdikdən dərhal sonra qarşıdan gələn mopedi görmüş və dərhal əyləci sıxmışdır. Bu zaman həmin moped ani olaraq onun avtomobilinin ön hissəsi itə toqquşmuşdur. Sonra o avtomobildən düşmüş, həmin vaxt hadisə yerinə tanımadığı şəxslər toplaşmışdırlar. Mopedin sürücüsü xəsarət aldığından onu Gəncə şəhər 3 saylı şəhər xəstəxanasına aparmışlar. Bundan sonra o polis əməkdaşları ilə birlikdə narkoloji dispanserə getmiş, orada sərxoşluq müayinəsindən keçərək ayıq olması müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb avtomobilini hərəkət yolunun əks istiqamətində saxtaması olmuşdur. Hadisə zamanı o xəsarət almamış, lakin mopedin sürücüsü xəsarət almışdır. Həmin vaxt onun idarə etdiyi avtomobilin sürəti təxminən 3-5 km\saat olmuş, hadisə baş verən zaman idarə etdiyi avtomobildə özündən başqa heç kim olmamışdır. Hadisə zamanı həmin yerdə tanıdığı heç kim hadisəni görməmişdir. Həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir."Zaza" markalı moped onun özünə məxsusdur.16.12.2021-ci il tarixdə "Daşqın inşaat" adlanan ticarət mərkəzi tərəfdən yaşadığı ünvana doğru gedərkən surəti təxminən 20-30 km/saat olmuşdur. Yolun sağ hissəsində hərəkətdə olarkən, yolun sağ hissəsində hərəkət istiqamətinin əksinə doğru dayanmış vəziyyətdə olan avtomobil anidən hərəkət etmiş və onun hərəkət yoluna çıxmışdır. Bu zaman onun mopedinin ön hissəsi ilə həmin avtomobilin ön hissəsi toqquşmuşdur. Toqquşmanın təsirindən o yerə yıxılmış və ətrafına tanımadığı şəxslər toplaşmışlar. Aldığı xəsarətlərə görə o 3 saylı şəhər xəstəxanasına müraciət etmişdir. Daha sonra sərxoşluq müayinəsindən keçərək ayıq olması müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb hərəkət yolunun əks istiqamətində dayanmış avtomobilin ani olaraq hərəkət etməsi və onun hərəkət yoluna çıxması olmuşdur. Hadisə nəticəsində o ayağından xəsarət almışdır. Hadisə zamanı onun surəti 20-30 km/ saat olmuş, hadisə zamanı o mopeddə tək olmuşdur. Hadisənin qarşısını almaq üçün o heç bir tədbir görə bilməmişdir. Buna səbəb əks istiqamətdən digər avtomobilin gəlməsi olmuşdur. O həmin avtomobilin hərəkət yoluna çıxmasını 2-3 metr məsafədən görmüşdür. İş materiallarına əlavə olunmuş, 30 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 göndərilmişdir. İş materiallarına əlavə olunmuş, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2” X10 29 dekabr 2021-ci il tarixli 2077 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ iç topuq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 16.12.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 30 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər rayonlararası narkoloji dispanserdən alınmış 17.09.2021-ci il tarixli, 1877/2021 və 1878/2021 saylı tibbi müayinə aktlarından məlum olmuşdur ki, hər iki sürücü Şəxs və X3 hadisə zamanı ayıq vəziyyətdə olmuşdurlar. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 30 dekabr 2021-ci il tarixli qərarından görünür ki, sürücü Şəxs sürücülük hüququnun olub-olmamasınıı və ya sürücülük hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması barədə məlumat əldə etmək üçün BDYPİ-nin Gəncə RQİTBŞ-nə sorğu verilmiş və həmin şöbənin 24.12.2021-ci il tarixli 313-6424-1221 saylı məktubunda qeyd olunmuşdur ki, Şəxs AC 626283 seriyalı BC kateqoriyalı 01.09.2016-cı il tarixdən 01.09.2016-cı il tarixədək sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(043)-71/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-71/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver