Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-72/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, x1 iclas katibliyi ilə, xx.xx.1986-ci ildə Gədəbəy rayonu Qoşabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu Qoşabulaq kəndində qeydiyyatda olan və yaşayan x3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsindənx3barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin552-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional şöbəsinin məsləhətçisi x2 tərəfindən tərtib edilmiş 09.01.2020-ci il tarixli protokoldan görünür ki, “İJ” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü x5 idarə etdiyi yük avtomobilini Gəncə şəhəri, Kəpəz rayon ərazisində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan x4 və Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. AzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin552-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Məhkəməbaxışında müəyyən edilmişdir ki, x5 09.01.2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayon ərazisində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşlarına təqdim etməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, x5 Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqla Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəməhesabedirki, x3 əməli Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilətəqsirlibilinib inzibatitənbehedilməlidir. Məhkəmə baxışında x3 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: x5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-72/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-72/2020
29.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver